16 İyun 2017 15:09
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində Tibb işçilərinin peşə bayramı qeyd edilib
Bu gün icbari tibbi sığortanın tətbiq olunduğu pilot tibb müəssisələrində - Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında (MŞMX) və Yevlax rayon Mərkəzi Xəstəxanasında (YRMX) 17 iyun - Tibb işçilərinin peşə bayramı qeyd edilib.
Tədbirlərdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib, pilot tibb müəssisələrində çalışan həkimlərin, orta və kiçik tibbi heyətin əmək haqlarının artırıldığını qeyd edib. Şöbə müdiri Agentliyin direktoru Zaur Əliyevin adından pilot ərazilərdə icbari tibbi sığortanın təşkilində, qarşıya qoyulmuş vəzifələrin icrasında peşəkarlıq və yüksək səriştə nümayiş etdirdiklərinə görə YRMX publik hüquqi şəxsin direktoru Azər İsmayılovu və MŞMX publik hüquqi şəxsin direktoru Könül Ələkbərovu Təşəkkürnamə ilə təltif edib.
YRMX-nın direktoru Azər İsmayılov səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, aparılan islahatların nəticəsi olaraq icbari tibbi sığortanın tətbiq edildiyini qeyd edib. Direktor tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək 8 tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif edib. Yevlax rayon İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Əliyev YRMX-nın direktoru A.İsmayılovu və 3 həkimi fəxri diplomla, Yevlax rayon Həmkarlar İttifaqı isə 10 tibb işçisini Təşəkkürnamə ilə təltif edib. Təltif olunanlara pul mükafatı verilib.
MŞMX-nın direktoru Könül Ələkbərov icbari tibbi sığorta sisteminin tətbiq nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırıldığını vurğulayıb. Direktor həmkarlarının bayramını təbrik edib və 6 tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif edib. Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev MŞMX-nın 2 həkimini fəxri diplomla, Mingəçevir şəhər Həmkarlar İttifaqı isə 10 tibb işçisini Təşəkkürnamə ilə təltif edib. Təltif olunanlara pul mükafatı verilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49