16 Fevral 2017 12:02
Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri bütün vətəndaşlar üçün PULSUZDUR!
Baza zərfində göstərilən xidmətlərin ödənişini Agentlik pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar üçün tibb müəssisələrinə edəcək.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ilkin səhiyyə xidmətlərindən pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar PULSUZ istifadə edə bilərlər. İcbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə edə bilərlər. Bütün tibbi xidmətlərin dəyərini Agentlik tibb müəssisələrinə ödəyir.
Baza zərfində Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri üçün göstərilən tarifləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ödəyir.
Məlumat üçün bildirək ki, yanvar ayında Mingəçevir şəhəri üzrə 3955 nəfər, Yevlax rayonu üzrə 924 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən istifadə edib.
Pilot ərazilərdəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdə bir sıra addımlar atmaqdadır. Pilot ərazilərin ən müasir və tibbi avadanlıqla tam təchiz edilmiş 6 ambulans avtomobili ilə təminatı və bir sıra müasir, yüksək texnoloji avadanlıqlarla təmin edilməsi buna misal ola bilər.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49