26 Noyabr 2020 15:53
Tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi istifadəyə verilib
Britaniya Tibb Jurnalı (BMJ) və Asiya İnkişaf Bankı (AİB) ilə birgə əməkdaşlığı nəticəsində tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi yaradılmış və ödənişsiz əsasla istifadəyə verilmişdir.
Virtual Koronavirus Məlumat Mərkəzi, BMJ-nin klinik qərara dəstək üçün onlayn resursları olan BMJ Best Practice və BMJ Learning saytları vasitəsilə ən son yeniliklər, onlayn modullar, pasiyentlər üçün məlumat, broşürlər və tibbi prosedurlara dair videolara ödənişsiz çıxışı təmin edir.
Koronavirus Məlumat Mərkəzinin yaradılması zamanı Qafqaz, Orta Şərq və Cənub-Şərqi Asiya ölkələrinin həkimləri və tibb bacıları üçün tərtib olunmuş pandemiyaya hazırlıq proqramı olan BMJ-nin Klinik Qərarlara Dəstək Təlimi Təşəbbüsü təcrübəsinə istinad edilmişdir.
Koronavirus Məlumat Mərkəzi rus və ingilis dillərində fəaliyyət göstərir.
Xidmətdən istifadə qaydaları:
- Koronavirus Məlumat Mərkəzinə daxil olun:
https://covid-19.bmj.com/ru/ (rus dilində) VƏ YA https://covid-19.bmj.com/ (ingilis dilində)
- BMJ resurslarından əvvəllər istifadə etmiş/BMJ-də hesabı olan tibb işçiləri Log in/Войти pəncərəsinə klikləyib email və BMJ parolu/şifrəsini daxil etməklə mövzulara ödənişsiz çıxış əldə edə bilər.
- BMJ-də hesabı olmayan tibb işçiləri Register free/Регистрация бесплатна pəncərəsinə klikləyib anketi dolduraraq, qeydiyyatdan keçib mövzulara ödənişsiz çıxış əldə edə bilər.
- Koronavirus Məlumat Mərkəzinə daxil olduqdan sonra:
- Decision support/Поддержка клинических решений pəncərəsindən BMJ Best Practice-də ödənişsiz çıxışı olan mövzularla tanış ola bilərsiniz.
- Online courses/Онлайн курсы pəncərəsindən BMJ Learning-də ödənişsiz çıxışı olan onlayn kurslara daxil ola bilərsiniz.
BMJ Best practice-də ödənişsiz mövzular siyahısı:
COVID-19 haqqında məlumat |
|
COVID-19 Differensial diaqnostikası
|
|
Yanaşı xəstəliklər və COVID 19-a bağlı hallar |
|
BMJ Learning-də ödənişsiz mövzular siyahısı:
Fərdi mühafizə vasitələri və infeksiyaya nəzarət |
|
COVID-19 və diferensial diaqnostika |
|
Yanaşı xəstəliklər və COVID- 19-la bağlı hallar |
|
Məlumat üçün bildiririk ki, 180 il fəaliyyət göstərən BMJ-nin əsas fəaliyyət məqsədi dəyərlərə əsaslanaraq «daha sağlam dünya» yaratmaqdır. BMJ dünyada geniş auditoriyası olan qlobal bir brend kimi səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən mühüm səhiyyə problemlərini həll etməkdə köməklik edir.
İstifadəçilərini ən mükəmməl elmi mənbələrlə təmin etmək məqsədilə dünya 8000-dən çox tibb təşkilatı ilə əməkdaşlıq edir. Şirkət tibbi məlumatlar barəsində məlumatları istifadəçilərinə 14 dildə təqdim edir. Vacib səhiyyə problemlərinin daha yaxşı həllinə kömək etmək məqsədilə klinisistləri dəlillərə əsaslanan ən son tibbi məlumatlarla təmin edir.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00