04 Sentyabr 2020 16:17
Tibb işçiləri üçün yeni sayt istifadəyə verilib
Tibb işçiləri üçün “opencriticalcare.org” saytı istifadəyə verilib. Sayt Dünya Anestezioloqlar Cəmiyyətləri Federasiyası, Kaliforniya San Fransisko Universitetinin Anesteziologiya Bölməsi və “OPENPediatrics”in təşəbbüsü ilə istifadəyə verilib. Saytın hazırlanması üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Dayanıqlı Texniki və Analitik Resurslar Layihəsi (STAR) çərçivəsində maliyyə vəsaiti ayrılıb.
Saytın yaradılmasında məqsəd reanimasiya və intensiv terapiyaya dair etibarlı məlumat bazası yaratmaq və müxtəlif səviyyələrdə səhiyyə sahəsində fəaliyyət göstərən qurumlar arasında strateji əməkdaşlığı formalaşdırmaqla tədrisyönümlü fəaliyyətlərdə təkrarlanmanın qarşısını almaqdır.
Saytda ayrı-ayrı səhiyyə sistemlərində çalışan, bilik və bacarıqları fərqli səviyyədə olan tibb işçiləri üçün materiallar yerləşdirilib. Daim yenilənən bu materiallar sərbəst mütaliə, ali və orta təhsil ocaqlarının təlim proqramlarına və kurikulumlara inteqrasiya məqsədi ilə istifadə oluna bilər. Saytda, həmçinin, tənəffüs çətinləşməsi vaxtı tibbi yardım və mexaniki ventilyasiya ilə bağlı müxtəlif açıq və etibarlı onlayn resurslara keçidlər yer alıb.
Sayt aşağıdakı bölmələrdən ibarətdir:
- Təlimlər
- Vebinarlar və digər tədbirlər
- Süni tənəffüs cihazları və simulyatorlar
- Müxtəlif süni tənəffüs cihazlarının istifadə qaydaları
- Oksigen və mexaniki ventilyasiya ilə bağlı ekspertlərlə sual-cavab
- Tibb müəssisəsinin oksigen ehtiyacı və təchizatının qiymətləndirilməsi
- COVİD-19-la bağlı etibarlı açıq resurslara keçidlər.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00