22 Fevral 2022 17:46
ÜST-nin nümayəndələri ilə Agentlikdə görüş keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin proqram meneceri Datta Siddhartha Sankar və eyni bölmənin Analiz və monitorinq şöbəsinin qrup rəhbəri Roberta Pastore ilə görüşüb.
Görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-nin Azərbaycan ofisinin rəhbəri Hande Harmancı və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi”nin Azərbaycan üzrə meneceri Sevinc Həsənova, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva iştirak ediblər.
Görüşdə 2021-ci ilin iyun ayından Avropa İttifaqı və ÜST-nin birgə həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi” haqqında danışılıb. Qeyd olunub ki, layihə çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə peyvəndlərin soyuq zəncir prinsipinə uyğun olaraq daşınması və saxlanılması üçün avadanlıqların təhvil verilməsi planlaşdırılır.
Vurğulanıb ki, layihə çərçivəsində indiyədək paytaxt və bölgələrdəki tibb müəssisələrində çalışan 673-ü həkim və 2204-ü tibb bacısı olmaqla ümumilikdə peyvəndləmə prosesində iştirak edən 2877 tibb işçisinə təlimlər keçirilib. Görüşdə həmçinin ÜST-nin Azərbaycana rutin immunizasiya ilə bağlı dəstəyi, peyvəndlənmənin əhalinin sağlamlığının qorunmasında əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 24 fevraladək davam edəcək səfərin məqsədi ölkə üzrə COVID-19 əleyhinə vaksinasiyaya və 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan Avropa üzrə immunlaşdırma gündəliyinə istinadən rutin immunlaşdırma ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək məsələlərini müzakirə etməkdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49