07 Aprel 2022 15:52
Zaur Əliyev Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
07 aprel tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında səfirə ətraflı məlumat verib. Qeyd olunub ki, səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da artırılmasına xidmət edir.
Görüşdə Özbəkistanda icbari tibbi sığortanın təkmilləşdirilməsində ölkəmizin icbari tibbi sığorta və səhiyyənin rəqəmsallaşdırılması sahəsində əldə etdiyi təcrübənin tətbiqi imkanları müzakirə olunub. Həmçinin iki ölkənin həkim-cərrahlarının endoskopik, laparoskopik və torakoskopik sahələrində təcrübə mübadiləsi üçün mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49