Loading...

Agentliyin “1542” Çağrı mərkəzində yeni xidmət istifadəyə verilib

19.12.2024, 13:06

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti vətəndaşların istifadəsinə verilib. Agentliyin rəsmi  internet səhifəsində (its.gov.az) aşağı sağ küncdə yerləşən “Onlayn çat” bölməsi vətəndaşlarla qarşılıqlı ünsiyyəti və Agentliyə müraciət imkanlarını daha da genişləndirir. Bu xidmət vasitəsilə vətəndaş müraciətləri, sorğular fasiləsiz (24/7) cavablandırılır. Cavablandırmada bot və ya süni intellekt tətbiq edilmir, bütün müraciətlər Agentliyin Çağrı mərkəzinin operatorları tərəfindən cavablandırılır. 

Vətəndaşlar Agentliyin fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı “Onlayn çat” bölməsinə suallarını yaza bilərlər. Məsələn, icbari tibbi sığortadan istifadə qaydası, Xidmətlər Zərfi ilə qarşılanan tibbi xidmətlər, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə və digər məsələlər.

Əlavə olaraq qeyd edək ki, Çağrı mərkəzinin fəaliyyətində daha bir yenilik var. Vətəndaşlar Çağrı mərkəzinə zəng etdikdən sonra, göstərilən xidmətin keyfiyyətini qiymətləndirmək üçün onlara sorğuda iştirak təklif edilir. Xidmət keyfiyyəti 1-5 ballıq şkala ilə qiymətləndirilir. Bu sorğu vətəndaşlara göstərilən xidmətin yaxşılaşdırılmasına kömək edir.

Məlumat üçün bildirək ki, yenilənmiş versiyada vətəndaşların istifadəsinə verilən "its.gov.az" saytı NETTY - Milli İnternet Mükafatının "Dövlət və elektron hökumət" istiqaməti üzrə "Ən yaxşı veb sayt" nominasiyasında qalib seçilib.

Last News

Zaur Əliyev Masallı rayonunda vətəndaşları qəbul edib
20.12.2024
Ətraflı oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
17.12.2024
Ətraflı oxu
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır
11.12.2024
Ətraflı oxu
İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib
06.12.2024
Ətraflı oxu
Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır
02.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqan şəhərində vətəndaşları qəbul edib
29.11.2024
Ətraflı oxu
Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
28.11.2024
Ətraflı oxu
Memorandum signed between the State Agency on Mandatory Health Insurance and the Ministry of Health of the Czech Republic
27.11.2024
Ətraflı oxu
Intervertebral disc hernia surgery covered by mandatory health insurance
23.11.2024
Ətraflı oxu
Life-threatening brain aneurysm surgery covered by mandatory health insurance
21.11.2024
Ətraflı oxu
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri