Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir

17.04.2025, 06:17

Bəzi ginekoloji xəstəliklər qadın sağlamlığını ciddi şəkildə pozur və bu hallarda cərrahi  əməliyyatların icrası zəruri olur. İri kistalar, şişlər, yumurtalığın burulması, uşaqlıq borularının (fallop borularının) irinli-iltihabi prosesləri, endometrioz və ya boru hamiləliyi kimi vəziyyətlərdə yumurtalıq və ya uşaqlıq borularının çıxarılmasına ehtiyac yarana bilər.

Yumurtalıq və boruların çıxarılması üçün aparılan cərrahi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir. Əməliyyatın məqsədi pasiyentin ümumi sağlamlığını qorumaq, yumurtalıq xərçənginin yayılmasının və digər ciddi ağırlaşmaların qarşısını almaqdır. Ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub.

Yumurtalıq və boruların çıxarılması üçün müxtəlif cərrahi üsullar mövcuddur. Laparoskopik üsul daha az invaziv metod hesab edilir və ön qarın divarında kiçik kəsiklər açılaraq kamera nəzarətində həyata keçirilir. Bu metod minimal ağrı və daha sürətli sağalma müddəti ilə seçilir. Daha mürəkkəb hallarda isə açıq cərrahi üsul (laparotomiya) tətbiq olunur. Bu zaman qarın divarında daha böyük kəsik açılaraq əməliyyat icra edilir. Əgər yumurtalıqlar uşaqlıqla birlikdə çıxarılırsa, bəzi hallarda vaginal yolla əməliyyat da tətbiq edilə bilər.

Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən,  yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibb sığorta tərəfindən qarşılanır.

Laparoskopik əməliyyatdan sonra pasiyent bir neçə gün ərzində normal həyat fəaliyyətinə qayıda bilər. Açıq əməliyyatdan sonra isə sağalma müddəti bir qədər uzun çəkir.

Əməliyyat qadının hormonal balansına təsir edə bilər, lakin bu dəyişikliklər həkim nəzarətində izlənilir və müvafiq müalicə tədbirləri ilə idarə olunur. Nəticədə pasiyentin sağlamlığı və həyat keyfiyyəti qorunur.

İcbari tibbi sığorta çərçivəsində bu cərrahi müdaxilələr ixtisaslı həkim təyinatı və tibbi göstəriş əsasında qarşılanır. Vətəndaşlar ilkin olaraq ginekoloqa müraciət etməli, müvafiq müayinələrdən keçməli və əməliyyata ehtiyac olduğu halda həkimin göndərişi ilə cərrahi müdaxiləyə cəlb olunmalıdır.

Sözügedən əməliyyat icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue