Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib

22.04.2025, 13:42

Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Raci Kayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev ilə görüş keçirilib.

Qonaqları Azərbaycanda qəbul etməkdən məmnunluq duyduğunu bildirən Zaur Əliyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Aramızdakı əməkdaşlıq təkcə işgüzar əlaqələrdən ibarət deyil – bu münasibətlər səmimiyyətə, qarşılıqlı inama və ortaq dəyərlərə əsaslanır. Agentlik və SGK arasında imzalanan Anlaşma Memorandumu artıq 4 ildir ki, icra olunur. Builki fəaliyyət planı tibbi yardımın maya dəyərinin hesablanması, əhalinin icbari tibbi sığortaya dair məmnunluğunun ölçülməsi və ictimai rəyin öyrənilməsi kimi vacib istiqamətləri əhatə edir. Tibbi xidmətlərin dəyərinin tənzimlənməsi, əhalinin icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olması bizim üçün prioritet istiqamətlərdəndir”.

Səmimi görüşə görə təşəkkürünü bildirən Raci Kaya Azərbaycan ilə Türkiyə arasında yalnız səhiyyə və sosial müdafiə sahəsində deyil, bütün istiqamətlərdə yüksək səviyyəli əməkdaşlığın olduğunu vurğulayıb:

“Azərbaycanla uzun illərə dayanan dostluq və qardaşlıq münasibətlərimiz icbari tibbi sığorta sahəsində də güclü əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İndi isə bu əlaqələri daha da genişləndirərək yalnız görüşlərlə məhdudlaşmayan, texniki səviyyədə davamlı iş birliyi qurmağı planlaşdırırıq. Səhiyyə sahəsində yalnız xidmətləri yaxşılaşdırmaq kifayət etmir, bu xidmətlərin maliyyələşdirilməsi də paralel aparılmalıdır ki, sistem davamlı və səmərəli olsun. İnanırıq ki, Azərbaycanda da bu sahədə inkişaf ardıcıl şəkildə davam edəcək və əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq”.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və səfirliyin əmək və sosial məsələlər üzrə müşaviri Fatih Bilal Alodalı da iştirak ediblər. 

Müzakirədə SGK-nın strateji inkişaf, ümumi tibbi sığorta, səhiyyə xidmətləri, media və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və sosial təminat məsələləri üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər. Agentlik və SGK arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tədbirdə hər iki tərəfin məsul əməkdaşları tərəfindən tibbi yardımın maya dəyərinin hesablanması, ictimai rəyin öyrənilməsi, maarifləndirmə kampaniyalarının effektivliyinin təhlili, beynəlxalq əməkdaşlıq, icbari tibbi sığorta xidmətlərinin monitorinqi və insan resurslarının idarəedilməsi kimi mövzularda təqdimatlar edilib.

İki gün davam edən tədbir qurumlar arasında sosial müdafiə və tibbi sığorta sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və fəaliyyətlərin effektivliyinin artırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Əməkdaşlığın əsas məqsədi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına töhfə verməkdir.

Səfər çərçivəsində hər iki qurumun rəhbərləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, ardınca Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini hörmət və ehtiramla anıb, məzarları üzərinə əklil qoyublar.

Qeyd edək ki, Agentlik və SGK arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu və Fəaliyyət Planının müddəti ötən il uzadılıb.

Memorandumun məqsədi icbari tibbi sığorta ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.

 

 

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue