Loading...

Ötən il ərzində Agentliyə 11 688 vətəndaş müraciəti daxil olub

31.01.2025, 15:38

2024-cü il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 11 688 vətəndaş müraciəti daxil olub. Onlardan 7605-i Agentliyə poçt və elektron poçta, 4083-ü isə sosial şəbəkə hesablarına daxil olan müraciətlərdir.

7605 müraciətdən 4546-sı icbari tibbi sığorta hesabına tibbi xidmət, müayinə və müalicə, 1109-u əlillik məsələləri, 607-si işə qəbul və əmək münasibətləri, 379-u dərman vasitələri və tibbi sərflə təminat, 964-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. 

Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular icbari tibbi sığorta çərçivəsində təminata alınan tibbi xidmətlər (tibbi müayinələr, cərrahi əməliyyatlar, orqan transplantasiyası və s.), müqaviləli tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası və digər mövzularla bağlı olub.

Bundan başqa, qeyd edilən müddət ərzində 1581 vətəndaş qəbul edilib. Onlardan 216 nəfər Naftalan şəhəri, Neftçala, Salyan, Biləsuvar, Abşeron, Xızı, Zəngilan, Beyləqan, Füzuli, Xocavənd, Kürdəmir, Zərdab, Daşkəsən, Göygöl, Göyçay, Ağdaş, Ucar, Goranboy, Şəki, Qax, Şəmkir, Gədəbəy, Şamaxı, Ağsu, Qobustan, Zaqatala, Balakən, Masallı və Yardımlı rayon sakinləri olaraq Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib.

Qəbula gələn vətəndaşlar əsasən icbari tibbi sığorta, müayinə-müalicə, cərrahi əməliyyatlar,  dərman və tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi,  işlə təminat s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.

Last News

Podaqranın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
03.02.2025
Ətraflı oxu
Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
30.01.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2932 sayda varikosel əməliyyatı icra olunub
27.01.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdədə vətəndaşları qəbul edib
24.01.2025
Ətraflı oxu
ATU tələbələri üçün istehsalat təcrübəsi imkanları genişləndirilir
24.01.2025
Ətraflı oxu
Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
23.01.2025
Ətraflı oxu
Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib
28.12.2024
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub
23.12.2024
Ətraflı oxu
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri