Loading...

İcbari tibbi sığorta sahəsində Anlaşma Memorandumu imzalanıb

03.03.2025, 16:40

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Səfər çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Qazaxıstan Respublikasının “Sosial Tibbi Sığorta Fondu” arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Qazaxıstan Respublikasının “Sosial Tibbi Sığorta Fondu”nun sədr müavini Saule Tajibayeva imzalayıblar.

Memorandumun məqsədi icbari tibbi sığorta sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, səmərəli və faydalı tərəfdaşlıq münasibətləri qurmaq, sistemin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Memorandum çərçivəsində icbari tibbi sığorta ilə bağlı qanunvericilik və informasiya texnologiyalarından istifadə etməklə işin idarəedilməsi məsələləri üzrə təcrübə mübadiləsi, sözügedən sahədə müşavirə, forum və seminarların təşkili kimi məsələlər nəzərdə tutulub.

Tərəflər, Memorandum çərçivəsində müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün birgə planlar hazırlayacaq və qarşılıqlı məsləhətləşmələr aparacaqlar.

Last News

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri