Məxfilik Siyasəti

6 dekabr 2022-ci il tarixindən etibarən qüvvəyə minir.

Bu Məxfilik Siyasətində e-Tabib (“e-Tabib”, “biz”, “bizə” və ya “bizim”) tərəfindən sizin şəxsi məlumatlarınızın burada istinad edilən rəqəmsal resurslarımız vasitəsilə toplanması, istifadə edilməsi, açıqlanması və başqa şəkildə işlənməsi («Xidmət») izah edilir.

e-Tabib “COVID-19” ilə bağlı ictimai səhiyyə tədbirlərinin əhatə dairəsini və effektivliyini yüksəltmək, səhiyyə sahəsində bərabərliyi artırmaq, səhiyyə və sosial xidmətləri yaxşılaşdırmaq üçün ictimai səhiyyə sahəsində məsul şəxslərlə koordinasiya şəraitində müxtəlif təşəbbüslər hazırlamışdır. Bu Məxfilik Siyasəti bizim məxfiliklə əlaqədar təcrübələrimizi hərtərəfli şəkildə təsvir etmək üçün işlənib hazırlanmışdır. Xidmət çərçivəsində bir sıra müxtəlif modullar təqdim edildiyindən, istifadə etdiyiniz modul(lar)dan asılı olaraq, ola bilər ki, biz bu Məxfilik Siyasətində təsvir ediləndən daha az növdə şəxsi məlumat toplayaq və ya məlumatları daha az üsullarla açıqlayaq. Əgər istifadə etdiyiniz modul bu Məxfilik Siyasətində təsvir ediləndən daha çox məlumat toplayırsa, biz məlumatlar toplanılan zaman və ya daha əvvəl əlavə bildiriş təqdim edəcəyik.

 Sizin e-Tabib-dən istifadəniz könüllüdür. Siz istənilən vaxt Xidmət daxilində hesabınızı deaktiv edə və şəxsi məlumatlarınızı silmək üçün bizə təlimat verə bilərsiniz.

Biz sizin şəxsi məlumatlarınızı necə toplayırıq?

Siz xidmətdən istifadə etdiyiniz zaman biz sizdən müəyyən şəxsi məlumatlarınızı bizimlə paylaşmağınızı xahiş edəcəyik. Biz, həmçinin dövlət qurumlarından, eləcə də sizin icazə verdiyiniz digər qurumlardan məlumat alacağıq və sizin cihazınızdan bir sıra texniki, cihaz və istifadə məlumatlarını toplayacağıq.

Bizə təqdim etdiyiniz məlumat

Xidmət vasitəsilə və ya başqa şəkildə bizə təqdim edə biləcəyiniz şəxsi məlumatlar:

Qeydiyyat və Profil Məlumatları. Siz e-Tabib-dən istifadə etmək üçün qeydiyyatdan keçərkən müəyyən şəxsi məlumatları, o cümlədən e-Tabib hesabı yaratmaq üçün doğum tarixinizi və telefon nömrənizi və hesab profilinizə əlavə edilən digər məlumatları təqdim edə bilərsiniz.

İstifadəçi tərəfindən yaradılan məlumat. Siz qeyri-tibbi ehtiyaclarınıza dair məlumatları və yaratdığınız, ötürdüyünüz və ya başqa şəkildə Xidmət çərçivəsində təqdim etdiyiniz digər məzmun və ya məlumatları təqdim edə bilərsiniz.

Sağlamlıqla bağlı məlumatlar. Xidmətdən istifadə etməklə, siz yaşınız, boyunuz və çəkiniz, daha əvvəl sağlamlığınızda olan problemlər və sağlamlıqla bağlı digər məlumatları əhatə edən özünüz haqqında şəxsi məlumatları təqdim edə bilərsiniz.

Peyvənd Sənədləri və Tibbi Müayinənin Nəticələri. Siz peyvənd sənədlərinizin və/və ya tibbi müayinənizin nəticələrinin (“COVID-19” üçün daxil olmaqla) şəklini, eləcə də müayinənin növü, tarixi və yeri kimi məlumatları yükləyə bilərsiniz ki, onları saxlamaq və öz hesabınızdan asanlıqla əldə etmək mümkün olsun. e-Tabib sizin icazəniz olmadan kameranıza və ya yaddaşda saxlanılan fotoşəkillərinizə və ya GPS Yerləşmə məlumatlarına daxil ola bilməz. Siz yaddaşda saxlanılan şəkilləri yükləmək üçün seçmədikcə, biz heç vaxt cihazınızdan və ya GPS Yerləşmə məlumatlarından həmin şəkillərə daxil olmayacaq və ya onları yükləməyəcəyik.

Yerləşmə və Şəxsi Məlumatlar. Faydalı məlumatlar bölmələrində GPS koordinatlarının e-Tabib tətbiqinə göndərilməsi ilə cihazın yeri izlənilir. Biz, həmçinin mobil cihazınızdakı digər məlumatlardan, məsələn, simsiz şəbəkələr və ya cihazınızın yaxınlığındakı   baza stansiyaları haqqında məlumatlardan istifadə etməklə də, yerləşmə nöqtəsini müəyyən edə bilərik. Yerləşmə nöqtəsinin izlənilməsindən asılı olan bir çox məhsul xüsusiyyətlərini aktivləşdirmək üçün yerləşmə məlumatlarından istifadə edirik. Məsələn, yaxınlıqda yerləşən xəstəxanaları tapmaq üçün. Biz, həmçinin toplanmış məlumatlardan proqram təminatında nasazlıqların diaqnostikası, məlumatların təhlili, test, araşdırma, eləcə də, xidmətləri təkmilləşdirmək və fərdiləşdirmək üçün istifadə və fəaliyyət tendensiyalarını izləmək və təhlil etmək məqsədilə istifadə edə bilərik. Sizin razılığınızla, biz tələb etdiyiniz Xidmətləri təmin etmək üçün cihazınızdan Şəxsi Məlumatlarınıza, məsələn, xüsusi və ya ümumi yerləşmə məlumatlarına və ya fotokitabxananıza daxil ola bilərik. Məsələn, tətbiqdə MRZ skanerindən və ya QR skanerindən istifadə edirsinizsə, tətbiqin tibbi müayinə nəticələrini (“COVID-19” daxil olmaqla) görməsi üçün şəkillərinizə girişi aktivləşdirməlisiniz. Sizin razılığınız olmadan bu paraqrafda təsvir edilən məlumat kateqoriyasına daxil olmağa cəhd etməyəcəyik və tələb etdiyiniz Xidmətləri təmin etmək faydalı və ya zəruri olmadığı halda, sizdən razılıq istəməyəcəyik.

Cihaz Məlumatı. Biz xidmətlərimizə daxil olmaq üçün istifadə etdiyiniz cihazlar haqqında məlumatları, o cümlədən aparat məlumatlarını, əməliyyat sistemi məlumatlarını, proqram məlumatlarını, fərdi cihaz identifikatorlarını, seriya nömrələrini, cihazın hərəkət məlumatını, cihazın yeri və mobil şəbəkə məlumatını toplaya bilərik.

Əməliyyat məlumatı. Sifariş nömrələri və əməliyyat tarixçəsi daxil olmaqla, Xidmət çərçivəsində və ya Xidmət vasitəsilə sifarişlərinizi tamamlamaq üçün aidiyyəti və ya lazım olan məlumatları təqdim edə bilərsiniz.

Şəxsiyyət vəsiqəsi məlumatları. Siz şəxsiyyət vəsiqəsi məlumatlarınızı və ya digər  identifikasiya məlumatlarını və şəxsiyyət vəsiqəsinin şəklini paylaşa bilərsiniz.

QR kodların skanerlənməsi. Müayinə nəticələrini hesabınıza daxil etmək və ya simptom məlumatlarını üçüncü tərəf olan bir qurumda yoxlamaq məqsədilə QR kodunu skanerləmək üçün cihazınızın kamerasından istifadə edə bilərsiniz. Sizin icazəniz olmadan biz sizin kameranıza daxil ola bilmərik.

Digər məlumatlar. Siz burada konkret olaraq qeyd edilməyən, bu Məxfilik Siyasətində təsvir olunduğu kimi istifadə edəcəyimiz və ya toplanılan zaman başqa formada açıqlanan digər məlumatları təqdim edə bilərsiniz.

Üçüncü tərəf mənbələri

Sizdən aldığımız şəxsi məlumatları aşağıda təsvir olunan digər mənbələrdən əldə etdiyimiz şəxsi məlumatlarla birləşdirə bilərik:

İctimai Mənbələr. Sağlamlıqla və ya güzəştlərlə bağlı xidmətlər təklif etmək üçün tərəfdaş olduğumuz hökumət qurumlarından sizin haqqınızda məlumat ala bilərik.

Üçüncü Tərəf Xidmətləri. Sizdən aldığımız şəxsi məlumatları üçüncü tərəf xidmətlərindən əldə etdiyimiz və sizin öz Xidmət hesabınıza daxil olmaq və ya başqa şəkildə qoşulmaq üçün istifadə etdiyiniz şəxsi məlumatlarla birləşdirə bilərik. Bu məlumatlara istifadəçi adınız və üçüncü tərəf xidmətində yer alan hesab parametrləriniz əsasında bizə təqdim edilən hesabınızla əlaqəli digər məlumatlar daxil ola bilər.

Avtomatik məlumat toplanması. Biz, xidmət təminatçılarımız və biznes tərəfdaşlarımız  sizə, sizin kompüterinizə və ya mobil cihazınıza dair  məlumatları və sizin Xidmətlə əlaqələrinizə, bizim kommunikasiyalarımıza və digər onlayn xidmətlərə dair məlumatları daxil edə bilərik, məsələn:

Cihaz, Texniki və İstifadə Məlumatları. Siz Xidmətə daxil olduğunuz zaman biz MAC ünvanı, IP ünvanı və mobil cihazın ID №-si daxil olmaqla, sizin mobil cihazınız və ya kompüter sisteminiz haqqında məlumat toplayırıq. Biz, həmçinin Xidmətlə qarşılıqlı əlaqəniz haqqında istifadə statistikasını yaradırıq. Bu məlumat, adətən, müəyyən texniki məlumat növlərini təhlil etmək üçün server jurnal faylları və ya veb-jurnal faylları, mobil cihaz proqram tərtibat paketləri və brauzer kukiləri kimi izləmə texnologiyalarından istifadə etməklə toplanır. Xidmətin kompüterinizə yerləşdirdiyi bəzi kukilər istifadəçi ID nömrənizlə əlaqələndirilir. Sizə göndərdiyimiz mesajlara cavab verdikdə, sizin mesajlarla qarşılıqlı əlaqənizi anlamaq üçün avtomatlaşdırılmış texnologiyadan istifadə edə bilərik. Siz brauzerinizdə və ya cihazınızda olan parametrlər vasitəsilə brauzer kukilərini silə və ya onlardan imtina edə bilərsiniz. Hazırda biz izləmə mexanizmləri ilə bağlı avtomatlaşdırılmış brauzer siqnallarını tanımırıq. Bunlara “izləməmək” barədə təlimatlar daxil ola bilər. Biz, həmçinin HTML5 kimi yerli yaddaş texnologiyalarından istifadə edə bilərik ki, bu da kukiyə bərabər funksionallığı təmin edir, lakin xüsusi proqramlarla əlaqədar olaraq brauzerinizdən kənarda cihazınızda daha böyük həcmdə məlumat saxlaya bilər. Biz, həmçinin piksel teqləri və ya təmiz GIF kimi tanınan veb-mayaklardan istifadə edə bilərik, bunlar veb-səhifəyə və ya e-poçta daxil olunduğunu və ya açıldığını və ya müəyyən məzmuna baxıldığını və ya kliklədiyini nümayiş etdirmək üçün istifadə olunur.

Şəxsi məlumatlarınızdan necə istifadə edirik?

Biz sizin şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün və ya məlumatlar toplanılan zaman təsvir olunduğu kimi, başqa formada istifadə edə bilərik:

    Xidmətlərin göstərilməsi və biznes əməliyyatları. Biz sizin şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:

  • Xidməti və biznesimizi təmin etmək, idarə etmək və təkmilləşdirmək;

  • Xidmətdə sizin istifadəçi profilinizi yaratmaq və tətbiq etmək;

  • mesajlaşma funksiyasını təmin etməklə Xidmətin xüsusiyyətlərini asanlaşdırmaq;

  • e-poçt və ya SMS vasitəsilə sizə təhlükəsizlik kodlarının göndərilməsi və əvvəllər daxil olduğunuz cihazların yaddaşda saxlanılması kimi təhlükəsizlik xüsusiyyətlərini aktivləşdirmək;

  • elanlar, yeniləmələr, təhlükəsizlik xəbərdarlıqları, dəstək və inzibati mesajlar göndərməklə Xidmət barədə sizinlə əlaqə saxlamaq;

  • ehtiyaclarınızı və maraqlarınızı anlamaq, həmçinin Xidmət və ismarışlarla əlaqədar təcrübənizi fərdiləşdirmək;

  • Xidmətə dəstək vermək və sorğularınızı, suallarınızı və rəylərinizi cavablandırmaq.

Araşdırma və işləyib hazırlama. Biz sizin şəxsi məlumatlarınızdan araşdırma və işləyib hazırlama məqsədləri üçün, o cümlədən Xidməti və bizim işimizi təhlil etmək və təkmilləşdirmək üçün istifadə edə bilərik. Bu fəaliyyətlərin tərkib hissəsi olaraq, biz topladığımız şəxsi məlumatlardan ümumiləşdirilmiş, deidentifikasiya olunmuş və/və ya anonimləşdirilmiş məlumatlar yarada bilərik. Biz şəxsi məlumatlardan sizin şəxsiyyətinizi müəyyən edən informasiyanı çıxarmaqla, həmin məlumatları deidentifikasiya olunmuş və ya anonimləşdirilmiş məlumatlara çeviririk. Biz bu ümumiləşdirilmiş, deidentifikasiya olunmuş və/və ya başqa formada anonimləşdirilmiş məlumatları qanuni biznes məqsədlərimiz üçün, o cümlədən Xidməti təhlil etmək və təkmilləşdirmək və biznesimizi tanıtmaq üçün istifadə edə və üçüncü tərəflərlə paylaşa bilərik. Siz bizim xidmətlərimizdən istifadə etdiyiniz zaman sizin olduğunuz yer barədə məlumat toplayırıq ki, bu da hərəkət istiqamətləri, yaxınlıqdakı obyektlər üçün axtarış nəticələri və ümumi yerləşmə məlumatına əsaslanan reklamlar kimi funksiyalar təklif etməyə kömək edir.

Texniki istismar. Saytda naviqasiya zamanı seçimlərinizi və istəklərinizi yaddaşda saxlamaqla və Xidmətin parolla qorunan sahələrinə daxil olduğunuz zaman qoşulub-qoşulmadığınızı müəyyən etməklə, Xidmətin texniki istismarına icazə vermək.

Funksionallıq. Xidmətlərimizin səmərəliliyini və funksionallığını artırmaq.

Analiz. Ən çox və ən az daxil olunan səhifələr, eləcə də, ziyarətçilərin Xidmət daxilində hərəkəti və e-poçtlarımızla istifadəçilərin qarşılıqlı əlaqəsi kimi məsələlər də daxil olmaqla, Xidmət daxilində istifadəçinin fəaliyyətini başa düşmək. Məsələn, bu məqsədlə “Google Analytics”dən istifadə edə bilərik. Siz “Google Analytics” barədə və saytlarımızın istifadəsi ilə bağlı “Google Analytics”dən istifadənin dayandırılması barədə aşağıdakı keçiddən ətraflı öyrənə bilərsiniz: https://tools.google.com/dlpage/gaoptout?hl=en.

Şəxsi məlumatlarınızı necə paylaşırıq?

    Aşağıdakı hallarda şəxsi məlumatlarınızı paylaşa bilərik:

  • Xidmət təminatçıları ilə: Xidmətimizin istifadəsini izləmək və təhlil etmək, Xidmətimizin dəstəklənməsinə və tətbiqinə yardım etmək məqsədilə Sizə reklamlar göstərmək, Xidmətimizə daxil olduqdan sonra sizə üçüncü tərəf veb- saytlarında reklam təqdim etmək, Sizinlə əlaqə saxlamaq üçün Sizin şəxsi məlumatlarınızı Xidmət Təchizatçıları ilə paylaşa bilərik.

  • Biznes ötürmələri üçün: Biz Sizin şəxsi məlumatlarınızı hər hansı birləşmə, Şirkət aktivlərinin satışı, maliyyələşdirmə, yaxud da biznesimizin tam və ya qismən başqa şirkət tərəfindən əldə edilməsi ilə əlaqədar və ya danışıqlar zamanı paylaşa və ya ötürə bilərik.

  • Törəmə şirkətlərlə: Biz sizin məlumatlarınızı törəmə şirkətlərimizlə paylaşa bilərik, bu halda biz həmin şirkətlərdən bu Məxfilik Siyasətinə əməl etmələrini tələb edəcəyik. Törəmə şirkətlərə bizim əsas şirkətimiz və hər hansı digər törəmə şirkətlər, birgə müəssisə tərəfdaşları və ya nəzarət etdiyimiz, yaxud da bizimlə ümumi nəzarət altında olan digər şirkətlər daxildir.

  • Biznes tərəfdaşları ilə: Sizə müəyyən məhsullar, xidmətlər və ya tanıtım məhsulları təklif etmək üçün məlumatlarınızı biznes tərəfdaşlarımızla paylaşa bilərik.

  • Digər istifadəçilərlə: Siz fərdi məlumatlarınızı paylaşdığınız zaman və ya başqa şəkildə ictimai yerlərdə digər istifadəçilərlə qarşılıqlı əlaqədə olduqda, bu cür məlumatlar bütün istifadəçilər tərəfindən baxıla bilər və geniş ictimaiyyətə paylaşıla bilər. Digər istifadəçilərlə qarşılıqlı əlaqədə olarkən və ya Üçüncü Tərəf sosial media xidmətində qeydiyyatdan keçərkən, həmin Üçüncü Tərəf sosial media xidmətində olan kontaktlarınız sizin adınızı, profilinizi, şəkillərinizi və fəaliyyətiniz barədə məlumatları görə bilərlər. Eynilə, digər istifadəçilər fəaliyyətiniz barədə məlumatlara baxa, Sizinlə əlaqə saxlaya və profilinizi izləyə biləcəklər.

Nəzərə alın ki, biz şəxsi məlumatları satmırıq.

Paylaşımlarınız

Biz üçüncü tərəflərlə məlumat paylaşmağınıza imkan verən funksiyaları Xidmət daxilində təqdim edə və ya onlara keçid edə bilərik. Şəxsi məlumatlarınızı üçüncü tərəflərlə paylaşarkən diqqətli olun və həssas şəxsi məlumatları yalnız etibar etdiyiniz üçüncü şəxslərlə paylaşın. Biz məlumatlarınızın həmin üçüncü şəxslər tərəfindən istifadəsinə nəzarət etmirik.

Şəxsi məlumatlarınızın saxlanması

Biz, ümumiyyətlə, şəxsi məlumatları onların toplanıldığı məqsədlər üçün, o cümlədən hər hansı hüquqi, mühasibat və ya hesabat tələblərini yerinə yetirmək, hüquqi iddialar yaratmaq və ya müdafiə etmək, yaxud da dələduzluq hallarının qarşısını almaq üçün saxlayırıq. Şəxsi məlumatların müvafiq saxlanma müddətini müəyyən etmək üçün şəxsi məlumatların həcmi, xarakteri və həssaslığı, şəxsi məlumatlarınızın icazəsiz istifadəsi və ya açıqlanması nəticəsində yarana biləcək zərər riski, sizin məlumatlarınızın işlənmə məqsədləri və bu məqsədlərə digər vasitələrlə nail olub-olmamağımız və tətbiq olunan qanuni tələblər kimi amilləri nəzərə ala bilərik. Sizin haqqınızda topladığımız şəxsi məlumata artıq ehtiyac olmayan zaman onu silirik, anonimləşdiririk, yaxud da sonrakı işlənmə prosesindən çıxarırıq. Aşağıda Seçimləriniz bölməsində təsvir olunduğu kimi, şəxsi məlumatlarınızı silməyi və hesabınızı deaktiv etməyi də seçə bilərsiniz.

Məlumatlarınızın Təhlükəsizliyi

Biz sizin şəxsi məlumatlarınızı qorumaq üçün bir sıra məqbul təhlükəsizlik tədbirləri həyata keçirmişik. Öz hesabınızın təhlükəsizliyini qorumanız vacibdir və hesabınızın icazəsiz istifadəsi barədə dərhal bizə məlumat verməlisiniz. Heç bir veb-sayt, mobil proqram və ya İnternet vasitəsilə ötürmə tamamilə təhlükəsiz deyil və buna görə də biz icazəsiz giriş, hakerlik, məlumat itkisi, yaxud da digər pozuntu və ya sui-istifadə hallarının heç vaxt baş verməyəcəyinə dair zəmanət verə bilmərik. Şəxsi məlumatlarınızı harada və necə paylaşdığınıza diqqət edin - ictimai WiFi məkanlarından ehtiyatla istifadə edin və sizə tanış olmayan linklərə daxil olmaqdan və ya tanış olmayan cihazlardan istifadə etməkdən çəkinin.

Başvermə ehtimalı çox az olsa da, E-Tabib sizin şəxsi məlumatlarınıza təsir edə biləcək təhlükəsizlik problemi ilə üzləşdikdə, qüvvədə olan qanunun tələbinə uyğun olaraq sizi xəbərdar edəcəyik. Bu bildirişdə həmin problem və problemin təsirinə məruz qalan  məlumatlar, insidenti aradan qaldırmaq üçün atdığımız addımlar və daha çox müdafiə olunmaq üçün atılacaq əlavə addımlar qeyd ediləcək.

Sizin seçimləriniz

Hesabınızın Deaktiv edilməsi və Məlumatlarınızın Silinməsi

Siz istənilən vaxt Xidmət parametrlərindəki təlimatlara əməl etməklə hesabınızı deaktiv edə bilərsiniz. Hesabınızı deaktiv etdikdə, qanuna əsasən və ya sizə Xidmətin təqdim edildiyi dövlət orqanının məlumatların saxlanılması siyasətinə uyğun olaraq, məlumatların saxlanılmasının tələb edildiyi hallar istisna olmaqla, bütün şəxsi məlumatlarınızı 45 gün ərzində siləcəyik.

Yaş tələbləri

e-Tabib 13 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və biz 13 yaşından kiçik uşaqlara aid şəxsi məlumatları bilərəkdən toplamırıq. Əgər siz valideyn və ya qəyyumsunuzsa və övladınızın Bizə Şəxsi Məlumatlar təqdim etdiyini bilirsinizsə, xahiş edirik, Bizimlə əlaqə saxlayın. Valideynlərin razılığı olmadan 13 yaşından kiçik uşaqlara dair Şəxsi Məlumatların bizim tərəfimizdən toplanıldığı faktı üzə çıxarsa, həmin məlumatı serverlərimizdən silmək üçün tədbirlər görəcəyik.

Nəzərə alın ki, Sizin sorğunuz onlayn yerləşdirilən məzmunun və ya məlumatın tam və ya hərtərəfli qaydada silinməsinə zəmanət vermir və müəyyən hallarda qanun həmin məlumatların silinməsinə icazə verməyə və ya silinməsini tələb etməyə bilər.

Məxfilik Siyasətimizdə Dəyişikliklərin Edilməsi

Biz bu Məxfilik Siyasətində vaxtaşırı yeniləmələr apara bilərik. Dəyişiklikləri Xidmətdə təqdim etməklə və ya əlaqə məlumatları üzrə birbaşa sizinlə əlaqə saxlamaqla, Məxfilik Siyasətimizdə edilən ciddi dəyişikliklər barədə sizi xəbərdar edəcəyik. Bildirişdə dəyişikliklərin nə vaxt qüvvəyə minəcəyi də göstəriləcək.

Məxfilik Siyasəti yeniləndikdən sonra Xidmətdən istifadəyə davam etsəniz, siz yeni Məxfilik Siyasəti ilə razılaşmış olacaqsınız.

Bizimlə əlaqə

Bu Məxfilik Siyasəti və ya bizim məxfilik təcrübəmizlə bağlı hər hansı rəyiniz, sualınız, şərhiniz və ya sizi narahat edən məsələlər varsa, info@etabib.az ünvanına e-məktub göndərməyinizi xahiş edirik.

Zəng sifariş et