04 Avqust 2021 15:12

2021-ci ilin birinci yarımilində icbari tibbi sığorta çərçivəsində 9 milyondan çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə 2 074 276 vətəndaşa 9 234 527 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 4 411 676 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 7 795 567-si ambulator, 1 438 960-ı isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən 7 664 658-i (83%) 18 yaşdan yuxarı, 1 569 869-u (17%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Cari ilin birinci yarımilində 13 TƏB üzrə əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricilər (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ardıcıllıq: Bərdə-Yevlax TƏB (1022), Şəki-Zaqatala TƏB (755), Quba-Xaçmaz TƏB (714), Göyçay-Kürdəmir TƏB (680), Gəncə TƏB (618), Dağlıq-Şirvan TƏB (593), Şəmkir-Tovuz TƏB (408), Bakı TƏB (378), Ağdam-Ağcabədi TƏB (318), İmişli-Sabirabad TƏB (291), Sumqayıt TƏB (231), Cəlilabad-Salyan TƏB (231) və Lənkəran TƏB (196).

Xidmət sayına əsasən ardıcıllıq: Bakı TƏB (1 660 607), Bərdə-Yevlax TƏB (1 563 530), Şəki-Zaqatala TƏB (1 083 810), Quba-Xaçmaz TƏB (1 059 133), Gəncə TƏB (869 711), Göyçay-Kürdəmir TƏB (559 510), Dağlıq Şirvan TƏB (537 409), Şəmkir-Tovuz TƏB (459 617), Ağdam-Ağcabədi TƏB (377 355), İmişli-Sabirabad TƏB (337 082), Lənkəran TƏB (261 184), Sumqayıt TƏB (259 582) və Cəlilabad-Salyan TƏB (205 997).

Ambulator xidmət sayına əsasən ardıcıllıq: Bərdə-Yevlax TƏB (1 338 133), Bakı TƏB (1 310 866), Şəki-Zaqatala TƏB (992 210), Quba-Xaçmaz TƏB (861 087), Gəncə TƏB (680 467), Göyçay-Kürdəmir TƏB (487 672), Dağlıq Şirvan TƏB (469 972), Şəmkir-Tovuz TƏB (418 957), Ağdam-Ağcabədi TƏB (352 107), İmişli-Sabirabad TƏB (275 157), Lənkəran TƏB (230 948), Sumqayıt TƏB (207 781) və Cəlilabad-Salyan TƏB (170 210).

Stasionar xidmət sayına əsasən ardıcıllıq: Bakı TƏB (349 741), Bərdə-Yevlax TƏB (225 397), Quba-Xaçmaz TƏB (198 046), Gəncə TƏB (189 244), Şəki-Zaqatala TƏB (91 600), Göyçay-Kürdəmir TƏB (71 838), Dağlıq-Şirvan TƏB (67 437), İmişli-Sabirabad TƏB (61 925), Sumqayıt TƏB (51 801), Şəmkir-Tovuz TƏB (40 660), Cəlilabad-Salyan TƏB (35 787), Lənkəran TƏB (30 236) və Ağdam-Ağcabədi TƏB (25 248).

Sözügedən müddət ərzində ölkə üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 8 650 göndəriş verilib. Bu göndərişlərin 3882-si invaziv kardiologiya, 1192-si oftalmologiya, 817-si ürək-damar cərrahiyyəsi, 728-i urologiya, 706-sı radiologiya, 472-si neyrocərrahiyyə, 187-si kardiologiya, 143-ü  travmatologiya, 4-ü isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 519 təşkil edib.

Qeyd edək ki, göndərişlərin 7 976-sı (92%) planlı, 674-ü (8%) isə təcili əsasla qeydə alınmışdır.

Həmçinin ilkin hesablamalara görə, cari ilin ilk 6 ayı ərzində ölkə üzrə 7 386 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 260 nəfərini uşaqlar təşkil etmişdir. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2353, oftalmologiya üzrə 904, urologiya üzrə 437, neyrocərrahiyyə üzrə 327, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə isə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfərini 18 yaşdan aşağı şəxslər təşkil edib. Eyni zamanda 2904 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilmişdir. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən ölkədə icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 9 milyon 607 min 500 nəfər təşkil edir.

 

Zəng sifariş et