18 Avqust 2021 11:16
2021-ci ilin iyul ayı ərzində 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyul ayı ərzində 58 şəhər və rayonda 329 754 vətəndaşa 1 184 204 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 537 001 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 018 178-i ambulator, 166 026-sı isə stasionar şəraitdə göstərilib.
Cari ilin iyul ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (386) və Şirvan (177) şəhərləri, Ağdaş (171), Yevlax (160), Qəbələ (155), Beyləqan (155), Qax (153), Göygöl (148) rayonları, Gəncə şəhəri (146), Ağstafa (144) rayonu.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (124 853), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (98 656), Xaçmaz (60 213), Yevlax (55 651), Ağdaş (36 401), Şəki (36 386), Quba (35 306), Bərdə (32 474), Göyçay (32 355) və Zaqatala (30 674) rayon mərkəzi xəstəxanaları.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Ağdaş, Şəki, Quba, Bərdə, Göyçay və Zaqatala rayon mərkəzi xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Qusar, Yevlax, Şəki, Ağdaş, Quba rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Göyçay Rayon Mərkəzi Xəstəxanası.
58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu əhalinin sağlamlıq vəziyyətinə təsir edən amillər, qan dövranı sistemi, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
2021-ci ilin iyul ayı ərzində 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):
Bərdə-Yevlax TƏB (264 266), Şəki-Zaqatala TƏB (164 698), Quba-Xaçmaz TƏB (164 083), Gəncə TƏB (152 570), Şəmkir-Tovuz TƏB (88 034), Göyçay-Kürdəmir TƏB (76 820), Dağlıq Şirvan TƏB (73 871), Ağdam-Ağcabədi TƏB (68 962), İmişli-Sabirabad TƏB (54 678), Lənkəran TƏB (42 322) və Cəlilabad-Salyan TƏB (33 900).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.
Məlumat üçün bildirək ki, bütün ölkə üzrə iyul ayı ərzində 522 605 nəfərə 849 104 müraciət üzrə 1 807 764 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 478 769-u ambulator, 328 995-i isə stasionar şəraitdə göstərilib.
İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 7 680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub. Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Cari ilin yanvar-iyul ayları ərzində isə 2 393 001 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 11 042 291 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 9 054 679-u (82%) 18 yaşdan yuxarı, 1 987 612-si (18%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00