15 Oktyabr 2021 11:36

2021-ci ilin sentyabr ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 841 mindən çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin sentyabr ayı ərzində Bakı TƏB-i üzrə 184 917 və Sumqayıt TƏB-i üzrə 42 339 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 841 520 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 370 945 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 635 550-si ambulator, 205 970-i isə stasionar şəraitdə göstərilib.

Cari ilin sentyabr ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Pirallahı (274), Nərimanov (257), Yasamal (216), Sabunçu (168), Nəsimi (165), Xəzər (157), Səbail (147), Suraxanı (107), Xətai (68) və Binəqədi (59).

Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 121 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu[1]: Sumqayıt Tibb Mərkəzi (114 557), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (92 321), Kliniki Tibbi Mərkəzi    (73 456), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (58 344), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (53 845), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (45 948), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (26 193), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (26 059), 13 nömrəli Uşaq Poliklinikası (22 021) və 15 nömrəli Uşaq Poliklinikası (21 730).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəzi, 13 nömrəli Uşaq Poliklinikası, 15 nömrəli Uşaq Poliklinikası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

 Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına   6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin sentyabr ayında Bakı TƏB üzrə 715 473, Sumqayıt TƏB üzrə isə 126 047 tibbi xidmət göstərilib.

Bundan başqa, icbari tibbi sığortanın cari ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə sentyabr ayına qədər 904 713 vətəndaşa 1 707 767 müraciət üzrə 3 480 335 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 169 990 vətəndaşa 350 641 müraciət üzrə 592 218 tibbi xidmət göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə sentyabr ayı ərzində 615 289 nəfərə 995 667 müraciət üzrə 2 586 220 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin  2 211 137-si ambulator, 375 083-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində isə bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 15 793 776 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 12 477 083-ü (79%) 18 yaşdan yuxarı, 3 316 693-si (21%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

 

 

 

[1] Aparılmış struktur islahatlarının nəticəsində may ayından etibarən Bakı və Sumqayıt şəhərlərində çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələrinin bazasında (Zəngilan və Qubadlı Rayon Mərkəzi Xəstəxanaları istisna olmaqla) Bakı şəhəri üzrə 11 və Sumqayıt şəhəri üzrə 1 tibb mərkəzi yaradılmışdır. Statistik göstəricilər tibb mərkəzləri üzrə ümumiləşdirilmiş məlumatları, habelə respublika tabeli tibb müəssisələri üzrə göstəriciləri özündə əks etdirir.