Loading...

Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə

29.12.2024, 12:40

Məlumdur ki, oktyabr ayının sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytının yenilənmiş versiyasının təqdimatı oldu. Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Fuad Bayramov saytda yeniliklər, müraciətlərin əlçatanlığı, gələcək hədəflər və digər məsələlərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:

- İstərdik, yeniliklərlə bağlı məlumat verəsiniz. Saytın yeni versiyası əvvəlkindən nə ilə fərqlənir?

- Bəli, qeyd etdiyiniz kimi oktyabr ayında Agentliyimizin yenilənən its.gov.az saytının təqdimatı oldu. Saytımızı yeniləməkdə məqsədimiz vətəndaşlarımıza həm dizayn, həm də funksionallıq baxımından daha təkmil vebsayt təqdim etmək idi. Bundan əlavə, yenilənən saytda bir çox yeni elektron xidmətlər də istifadəyə verilib.

Saytımızda tibbi xidmətlərin axtarış sistemi, onlayn çat istifadəyə verilib. Xidmətlər Zərfi axtarış sistemi təkmilləşdirilib, Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi ilə bağlı vətəndaşların və tibb işçilərinin müraciətlərinin qəbulu üçün yeni bölmə yaradılıb. Bütün bu yeniliklər tətbiq edilərkən istifadəçi rəyləri, əvvəlki saytın statistik göstəriciləri və müasir rəqəmsal trendlər əsas götürülüb. Düşünürəm ki, sayt vətəndaşlarımız üçün faydalı ola biləcək yenilikləri təqdim edir.

Onu da qeyd edim ki, "its.gov.az" saytı yenilənməsinin ikinci ayında NETTY - Milli İnternet Mükafatının "Dövlət və elektron hökumət" istiqaməti üzrə "Ən yaxşı veb sayt" nominasiyasında qalib seçilib.

- Saytda yeni istifadəyə verilən xəstəxana axtarış sisteminin hansı imkanları var? Vətəndaşlarımız bu sistemdən necə faydalana bilər?

Xəstəxana axtarış sisteminin tətbiqində əsas məqsəd təbii ki, vətəndaşlara tibb müəssisələri və burada göstərilən tibbi xidmətlər barədə məlumatları əlçatan etməkdir. Bundan əlavə, vətəndaşların zamanına qənaət etməklə məmnuniyyəti artırmaq da məqsədlərimiz sırasındadır.

Bu sistem vasitəsilə vətəndaşlarımız yaşadıqları bölgədə icbari tibbi sığorta çərçivəsində xidmət göstərən tibb müəssisələrini rahatlıqla tapa bilərlər. Həmçinin sistem üzərindən lazım olan tibbi xidmətin hansı tibb müəssəsində göstərildiyini müəyyənləşdirmək mümkündür. Səhifədə tibb müəssisələrinin əlaqə vasitələri, ünvanları, xəritə üzərində koordinatları əks olunur. Filterlərdən istifadə edərək vətəndaş ona lazım olan tibbi xidməti kateqoriyasına uyğun seçə bilər. Saytımızda həmçinin vətəndaşların göndəriş əsasında tibbi xidmət ala biləcəyi Agentliklə müqaviləli özəl tibb müəssisələrinin siyahısı da mövcuddur.

- Vətəndaşların Agentliyə əlçatanlığının təmin olunması üçün hansı addımlar atılıb? Vətəndaşlar sayt üzərindən quruma hansı üsullara müraciətlərini ünvanlaya bilərlər?

- Vətəndaşların quruma əlçatanlığının təmin olunması məqsədilə atılan ən vacib addımlardan biri də saytda “Onlayn çat” funksiyasının tətbiqidir. Bu funksiya vasitəsilə vətəndaşlarımız öz suallarına elə sayt üzərindən rahatlıqla cavab tapa biləcəklər. Çat 24/7 aktivdir və müraciətlər Agentliyin “1542” Çağrı Mərkəzinin peşəkar əməkdaşları tərəfindən operativ şəkildə cavablandırılır. Çat funksiyasının istifadəyə verildiyi 3 dekabr tarixindən bu günədək bölmə vasitəsilə Agentliyə 1700-ə yaxın müraciət daxil olub.

Bununla yanaşı, yenilənən saytda “Əlaqə” bölməsi təkmilləşdirilib, burada Agentliyə onlayn müraciət göndərmək mümkündür. Əvvəlki versiyadan fərqli olaraq indi bölmədə tibbi və ya digər sənədləri müraciətə əlavə etmək imkanı da mövcuddur. Yeni yaradılan “Vətəndaş qəbulu qrafiki” bölməsində isə vətəndaşlarımız qurumun rəhbər şəxslərinin qəbulu üçün onlayn şəkildə qeydiyyatdan keçə bilərlər. Burada rəhbər şəxslərin əlaqə vasitələri, qəbul vaxtları kimi məlumatlar əks olunur. Həmçinin, veb saytımıza əlavə etdiyimiz “Zəng sifarişi” funksiyası vasitəsilə istifadəçilərimiz Çağrı Mərkəzindən onlara zəng edilməsini təmin edə bilərlər.

- Saytda vətəndaşlara hansı elektron xidmətlər təklif olunur?

- Saytda vətəndaşlarımıza bir çox elektron xidmət təklif olunur. Agentliyin saytı üzərindən şəxsi kabinetə daxil olaraq biz TƏBİB tabeli tibb müəssisələrində verdiyimiz laborator analizlərin nəticələrini əldə edə, tibb müəssisələrinə müraciət tarixçəmiz ilə tanış ola və göstərilən tibbi xidmətin keyfiyyətini qiymətləndirə bilərik.

Həmçinin şəxsi kabinetə daxil olaraq sağlamlıq haqqında arayışı və digər tibbi sənədlərimizi elektron qaydada əldə edə, göndəriş vərəqəsi və bu göndərişlə müraciət edə biləcəyimiz tibb müəssisələrinin siyahısı ilə tanış ola bilərik.

- Saytın daha əlçatan olması üçün gələcək hədəfləriniz hansılardır? Agentliyin mobil tətbiqi ilə bağlı yeniliklər varmı?

- Yaxın gələcəkdə Agentliyin “e-Tabib” mobil tətbiqinin də dizaynı yenilənəcək və istifadəçilərə yeni funksiyalar təqdim olunacaq. Bunlara misal olaraq qeyd edə bilərəm ki, tətbiq üzərindən icbari tibbi sığorta ilə təminata alınmayan xidmətlərin ödənişini həyata keçirmək, 103 qaynar xəttinə həm səsli, həm görüntülü zəng etmək, müraciət edilən tibb müəssisələrini, burada icra olunan tibbi xidmətlərin keyfiyətini müfəssəl şəkildə qiymətləndirmək mümkün olacaq. Həmçinin laboratoriya analizlərinin nəticələri bölməsində vətəndaş analizin daxilindəki parametrlərin müxtəlif vaxtlara uyğun dinamikasını izləyə biləcək.

Saytımızda da bu kimi yeni funksiyaların tətbiqini planlaşdırırıq. Məsələn, “e-Tabib”də mövcud olan tibb müəssisələri üçün onlayn randevu sistemini saytımızda da tətbiq etməyi planlayırıq. Bu kimi yenilik və təkmilləşdirmə planlarımız çoxdur. Məqsədimiz ən yüksək standartlara cavab verən elektron resurslar təqdim etməklə vətəndaşlarımızın səhiyyə xidmətlərinə çıxışını asanlaşdırmaq və təbii ki, onların məmnunluğunu qazanmaqdan ibarətdir.

Gülnar Əliyeva

Qafqazinfo.az

Son xəbərlər

Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
ЛОР-операции в Азербайджане
07.01.2024
Ətraflı oxu
Государственное агентство медстрахования Азербайджана обеспокоено!
18.12.2023
Ətraflı oxu
“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”
03.11.2023
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri