Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Məktəblilərdə rəqəmsal göz yorğunluğu sindromu

21.06.2025, 16:28

Texnologiyanın həyatımıza inteqrasiya olunması, xüsusilə də uşaqların planşet, telefon və kompüter kimi ekranlı cihazlara uzunmüddətli məruz qalması göz sağlamlığına zərər verən əsas risk faktorlarından birinə çevrilib. Rəqəmsal dünya istifadəsində artım, görmə qüsurlarının daha erkən yaşlarda və daha yüksək tezliklə müşahidə olunması, rəqəmsal göz yorğunluğu sindromu (göz əzələlərinin yorulması, qızartı, quru göz, bulanıq görmə, baş ağrısı və göz ətrafında ağrı) yaranması ilə nəticələnir. Gözdə yaranan bu problemlər göz xəstəliklərinin yaranmasının əsas səbəblərindəndir.

Uşaqlarda ekran asılılığı refraksiya qüsurlarının daha erkən yaşlarda müşahidə olunmasına gətirib çıxarır. Refraksiya qüsurları gözün torlu qişasında təsvirin fokuslanmasının pozulması nəticəsində görmə itiliyinin zəifləməsi ilə xarakterizə olunan oftalmoloji xəstəliklər qrupudur.

Əsas refraksiya qüsurları miopiya (uzağı yaxşı görməmək), hipermetropiya (yaxını yaxşı görməmək) və astiqmatizmdir (bulanıq və qeyri-dəqiq görüntü). Bu xəstəliklərin hər biri ambliopiya (tənbəl göz) riskini artırır, əgər vaxtında aşkarlanmazsa, qalıcı görmə zəifliyinə gətirib çıxara bilər. Geniş yayılmış uzağı yaxşı görməmək problemi xüsusilə ekrana yaxın məsafədən baxmaq və açıq havada az vaxt keçirmək səbəbindən yaranır.

Uşaqlıq dövrü görmə orqanının sürətlə inkişaf etdiyi önəmli dövrdür. Refraksiya pozğunluqları dünyada hər 4 uşaqdan birində müşahidə edilir və erkən aşkarlanmadıqda görmədə inkişaf geriliklərinə səbəb olur. Zəif görmə yalnız təhsil həyatına deyil, həm də uşağın sosial və emosional inkişafına da təsir göstərir.

Genetik faktorla yanaşı, uzunmüddət yaxın məsafəli oxuma, yazma, ekran istifadəsi, gözün akkomodativ əzələlərini yükləyərək görmə funksiyasının balansını poza bilər. Sadalanan bütün hallar rəqəmsal göz yorğunluğu sindromu və miopiyanın yaranmasına gətirib çıxara bilər.

Erkən müayinələr görmə qüsurları riskini azaldır. Müntəzəm müayinələrin 3-6 yaş aralığında aparılması tövsiyə olunur. İlk 6 ayda ilkin göz strukturlarının qiymətləndirilməsi, 3 yaşda görmə kəskinliyinin yoxlanılması, 5-6 yaşda isə məktəböncəsi görmə müayinələrinin və daha sonra hər il ümumi oftalmoloji müayinələrin edilməsi məsləhətdir.

Gün ərzində 20-20-20 qaydasına əməl etmək (hər 20 dəqiqədən bir, 20 fut (6 metr) uzağa 20 saniyə baxmaq), ən az 1-2 saat açıq havada gəzinti, ekranların göz səviyyəsindən bir qədər aşağıda yerləşməsi, ekran parıltısının azaldılması tövsiyə olunur.

Nəticə etibarilə, uşaqlarda refraksiya pozğunluqları müasir həyat tərzi və texnologiya ilə sıx əlaqəlidir. Bu səbəbdən erkən diaqnoz və profilaktik tədbirlər uşaqların göz sağlamlığının qorunmasında mühüm önəm daşıyır.

Uşaqlarda göz sağlamlığının qorunması üçün sistemli erkən diaqnoz, profilaktik tədbirlər, valideyn nəzarəti, ekran istifadəsi vaxtının məhdudlaşdırılması mühüm amillərdir.

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə oftalmoloqun müayinəsi, göz  müayinəsi   paketi - vizometriya,  aftorefraktometriya,  eynək müayinəsi, göz təzyiqinin yoxlanılması, göz dibinin müayinəsi, keratatopoqrafiya, biometriya və digər müayinələr daxildir. Sözügedən müalicə metodu da icbari tibbi sığorta hesabına qarşılanır.

Xidmətlər Zərfi ilə təminata alınan sözügedən tibbi xidmətlərdən ixtisaslı həkim təyinatı ilə tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında yararlanmaq mümkündür.

İki sahil.az

Son xəbərlər

Ötən il icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsinə 2 milyarda yaxın vəsait sərf edilib - Ramil Muxtarzadə (MÜSAHİBƏ)
20.06.2025
Ətraflı oxu arrow-right-blue
Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu arrow-right-blue
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu arrow-right-blue
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu arrow-right-blue
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu arrow-right-blue
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu arrow-right-blue
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu arrow-right-blue
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu arrow-right-blue
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu arrow-right-blue
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri