18 İyul 2023 16:45
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Məlhəm Beynəlxalq Hospitalına media-tur təşkil edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Məlhəm Beynəlxalq Hospitalına media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Səfər çərçivəsində media-tur iştirakçıları Məlhəm Beynəlxalq Hospitalında reanimasiya, əməliyyatxana, radiologiya və kardiologiya şöbələrində olublar. Hospitalın icraçı direktoru Dr.Sevda Əlizadə media-tur iştirakçılarına xəstəxanada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər barədə danışıb: “Məlhəm Hospitalında icbari tibbi sığortanın tətbiqinə 2021-ci ilin avqust ayından başlanılıb. Göndəriş vasitəsilə hospitala icbari tibbi sığorta çərçivəsində tibbi xidmət almaq üçün müraciətlər əsasən ürək-damar cərrahiyyəsi, kardiologiya, oftalmologiya, travmatologiya, invaziv radiologiya, urologiya və digər sahələr üzrə olur. İcbari tibbi sığorta çərçivəsində xəstəxanada 2022 və 2023-cü illər ərzində 1900-a yaxın cərrahi əməliyyat icra olunub. Bu cərrahi əməliyyatlar sırasında travmatoloji, oftalmoloji, ginekoloji, uroloji, neyrocərrahiyyə, invaziv kardioloji, invaziv radioloji, endoprotezləşdirmə, ürək-damar sistemində aparılan əməliyyat və prosedurlar yer alır”.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, Hospitalda ildən-ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur: “2022-ci ildə hospitalda 433 tibbi xidmət göstərilib. 2023-cü ilin bugününə olan göstəriciyə görə isə vətəndaşlar 6354 tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 2286-sı ambulator, 4068-i stasionar şəraitdə göstərilib. Qeyd edim ki, Agentliyin məqsədi vətəndaşlar üçün tibbi xidmətləri əlçatan etmək, sığorta çərçivəsində daha çox xidmətdən yararlanmalarını təmin etməkdir. Agentlik dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri effektiv qurulan göndəriş sistemi vasitəsilə özəl tibb müəssisələrində də mümkün edir. Hazırda müqaviləli tibb müəssisələrinin sayı 126-dır”.
Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunan vətəndaşı ziyarət edib, rəyini öyrəniblər.
Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri hospitalda oftalmoloji müayinədən keçiblər.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30