12 İyun 2023 14:40
Heydər Əliyevin 100-cü ildönümü münasibətilə tibbi aksiya keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tibbi aksiya təşkil edilib.
Aksiyanın keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 8 saylı Uşaq Poliklinikası və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkim heyəti cəlb edilib. Aksiya çərçivəsində Bakı şəhərində 4 uşaq sığınacağının, 1 uşaq reabilitasiya mərkəzinin, Gəncə şəhərində gender əsaslı zorakılıq qurbanlarına və əlil qadınlara dəstək göstərən 2 təşkilatın sakinləri kardioloq, ginekoloq, nevroloq, terapevt, oftalmoloq, pediatr və radioloq tərəfindən müayinə ediliblər. Aksiyada ümumilikdə 270 nəfər iştirak edib.
Bakıda uşaq və qadınların sağlamlığının ümumi vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib. Laborator analizlərin nəticələrinə əsasən bəzi şəxslərdə vitamin D defisiti müşahidə olunub. Bəzi müayinə nəticələrinə əsasən isə stasionar müayinə və müalicəyə ehtiyac yaranıb. Müayinədən keçən uşaqların bəzilərində fimoz diaqnozu, adenoid hipertrofiyası və xroniki tonzillit, anadangəlmə ürək qüsuru qulaqcıqlararası çəpərin defekti, ürək ritminin pozulması, dərialtı lipoma, kalkulyoz xolesistit və bir qadında riskli hamiləlik aşkarlanıb.
Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə əməliyyat və müalicələrə yönəldiliblər. Qeyd edək ki, riskli hamiləlik yaşayan qadın ətraflı müayinələrə cəlb edilərək qeysəriyyə əməliyyatı olunub. Ana və körpənin həyatı üçün riskli göstəricilərin olmasına baxmayaraq əməliyyat uğurla icra olunub.
Müayinə edilmiş şəxslər nəticələrə əsasən həkim təyinatına uyğun dərman preparatları və optik eynəklərlə ödənişsiz təmin ediliblər.
Gəncədə əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər xəstəxanaya dəvət ediliblər. Müayinə edilən şəxslərin əksəriyyətində ən çox rast gəlinən xəstəlik hipertoniya aşkarlanıb.
Vurğulayaq ki, Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49