19 May 2023 14:00
Agentliyin əməkdaşları böhran vəziyyətləri barədə məlumatlandırılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin 10 may 2022-ci il tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilən “Böhran vəziyyətlərinin kommunikasiya planı”nına uyğun olaraq Agentliyin əməkdaşları üçün böhran vəziyyətləri barədə məlumatlandırma sessiyası keçirilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova böhran vəziyyətlərinin idarəedilməsi və kommunikasiya planı mövzularında təqdimatla çıxış edib. İştirakçılara böhranlar və onların təsnifatı, böhran vəziyyətlərinin mərhələləri, cavab tədbirlərində əsas tutulmalı olan prinsiplər və s. barədə məlumat verilib.
Sonda böhran vəziyyətlərinin idarəedilməsi ilə əlaqədar Agentliyin nümayəndələrindən ibarət İşçi Qrupu sözügedən kommunikasiya planından irəli gələn məsələləri müzakirə ediblər.
Xəbərlər
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47
Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
23 Avqust 2024 15:31
İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır
20 Avqust 2024 10:22
Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir
15 Avqust 2024 12:03