Yerləşdirilmə tarixi: 15.11.2022
Son müraciət tarixi: 27.11.2022
Agentlik Ağcabədi filialının mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxılması, vətəndaşların qəbulunun həyata keçirilməsi, xidməti araşdırma ilə bağlı müvafiq sorğuların verilməsi;
- Filialda kargüzarlıq işinin aparılması;
- Filial rəhbəri və Agentlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
- Dövri hesabatların hazırlanması;
- Ofisdaxili inzibati işlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
- Kargüzarlıq və vətəndaşlarla iş sahəsində təcrübə;
- MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
- İntizamlılıq və nəticəyönümlülük;
- Ünsiyyət və təşkilatçılıq bacarığı;
- Stressə qarşı davamlılıq;
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 27.11.2022-ci il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Proqramlaşdırma şöbəsinə Back-End Developer istiqaməti üzrə məsləhətçi/baş məsləhətçi vakansiyası elan edir
27 Yanvar 2023 15:39
Agentlik Strateji təhlil departamentinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir
23 Yanvar 2023 17:57
Agentlik Daxili audit xidmətinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir
23 Yanvar 2023 14:35
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Yanvar 2023 10:24
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi vakansiyasını elan edir
05 Yanvar 2023 14:28
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə departamenti, Mühasibatlıq və xəzinədarlıq şöbəsinin aparıcı məsləhətçisi/baş məsləhətçisi vakansiyasını elan edir
30 Dekabr 2022 15:13
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə açıq vakansiya elan edir
30 Dekabr 2022 09:36
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İngilis dili müəllimi vəzifəsi üzrə açıq vakansiya elan edir
30 Dekabr 2022 09:31
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
12 Dekabr 2022 11:06
Agentlik Texniki dəstək şöbəsinə vakansiya elan edir
07 Dekabr 2022 09:30