Yerləşdirilmə tarixi: 17.11.2021
Son müraciət tarixi: 17.12.2021
Agentlik Aktivlərin idarəolunması şöbəsinə vakant yer elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə departamentinin Aktivlərin idarəolunması şöbəsinə məsləhətçi/ baş məsləhətçi vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Əmlakın idarə edilməsi, uçotu, silinməsi, inventarizasiyası və balansa qəbulu üzrə işlərin görülməsi;
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və bazar araşdırılmasının aparılması;
- İnvestisiya əməliyyatlarının elektron sistem və kağız daşıyıcılarda uçotunun aparılması, müvafiq sənədlərin imzaya hazırlanması, ümumi prosesə nəzarət;
- Qiymətli kağızlar bazarının iştirakçılarına sorğuların verilməsi və daxil olan sorğuların cavablandırılması;
- Daxil olan layihələrə, müraciətlərə, aktlara, məktublara baxılması, onların qanunvericiliyə uyğun olaraq cavablandırılması və arxivləşdirilməsi;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq maliyyə bazarlarının mütəmadi qaydada monitorinqinin aparılması, bazarda faiz dərəcələrinin, investisiya alətlərinin, qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, analitik materialların hazırlanması;
- Şöbənin fəaliyyətinə uyğun təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə);
- İri həcmli məlumatlarla işləmək bacarığı;
- Yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- Əmlakın idarə edilməsi, uçotu, silinməsi, balansa qəbulu istiqamətlərində biliklərin və təcrübənin olması;
- Maliyyə hesabatlığı, mühasibat uçotu üzrə orta səviyyədə biliklərin olması;
- Satınalma qanunvericiliyi üzrə biliklərin olması;
- Excel proqramı üzrə yaxşı səviyyədə biliklərin olması;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə yazı qabiliyyətinin olması, Azərbaycan dilində fikirlərin səlis şəkildə ifadə edilə bilməsi;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;
- Xarici dil bilikləri: İngilis dili (orta səviyyə).
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 17.12.2021-ci il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
28 Fevral 2024 17:55
Agentlik qrafik dizayner vakansiyası elan edir
28 Fevral 2024 17:54
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Fevral 2024 12:40
Agentlik İnsan resursları mütəxəssisi (biznes səfərlərin təşkili üzrə) vakansiyasını elan edir
11 Fevral 2024 14:41
Agentlik Statistika və hesabatlar şöbəsinə vakansiya elan edilir
25 Yanvar 2024 15:04