Yerləşdirilmə tarixi: 15.12.2021
Son müraciət tarixi: 15.01.2022

Agentlik Beynəlxalq əlaqələr departamentinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq əlaqələr departamentinə Səhiyyə mütəxəssisi vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Təhsil: Ali tibb təhsili, Səhiyyənin idarəolunması, İctimai səhiyyə, Beynəlxalq əlaqələr üzrə ali təhsil;
  • İş təcrübəsi: minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (əla), rus dili (əla);
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Görəcəyiniz işlər:

  • Beynəlxalq, o cümlədən yerli layihələrin planlanması, idarəedilməsi, monitorinqi və layihələr üzrə hesabatların hazırlanması;
  • Tibbi sığorta və səhiyyə sektoru üzrə daxili və xarici tərəfdaşlarla danışıqların aparılması;
  • Yerli və xarici qurumlardan daxil olan müvafiq sənədlərin cavablandırılması;
  • Hesabatların tərtib olunması;
  • Agentliyin fəaliyyəti ilə bağlı beynəlxalq əlaqələr üzrə məlumatların izlənilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər  tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 15.01.2022-ci il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.