Yerləşdirilmə tarixi: 17.11.2021
Son müraciət tarixi: 17.12.2021

Agentlik Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə departamentinin Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinə məsləhətçi/baş məsləhətçi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Büdcənin planlaşdırılması, proqnozlaşdırma və icrasına nəzarət olunması;
  • Ötən illərin büdcələrinin icrasına dair məlumatların təhlil edilməsi, əldə olunan nəticələrin növbəti il üçün proqnozlaşdırılmada istifadə edilməsi;
  • Proqnoz və faktiki xərclərinin normativlər əsasında təhlili və kənarlaşmaların aşkar edilməsində, qənaət imkanlarının araşdırılması və xərclərin optimallaşdırılması;
  • Agentliyin büdcə xərclərinin maliyyələşdirilməsi üzrə işlərin yerinə yetirilməsində iştirak;
  • Tibb müəssisələrinin müvafiq struktur bölmələrinin büdcə planlamasında iştirak, hər bir şöbəsi üzrə aylıq, rüblük və illik ilkin maliyyə təhlillərinin aparılması və rəhbərliyə təqdimatların hazırlanması;
  • Maliyyə proqnozlarının hazırlanması prosesində iştirak;
  • Kənar audit prosesində auditorlar tərəfindən tələb olunan maliyyə sənədlərinin hazırlanması və təqdim edilməsi;
  • Hər növbəti il üçün Agentliyin büdcə layihəsinin hazırlanması və qəbul olunmuş büdcənin icrasının təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • Mühasibatlıq əməkdaşları ilə qarşılıqlı iş prinsipi və bunun əsasında xammal alışı, inventar və göstərilən xidmət kimi iş fəaliyyətinin xərclərini müəyyən etmək üçün məlumatların planlaşdırılması, öyrənilməsi, toplanması və təhlil edilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə);
  • İri həcmli məlumatlarla işləmək bacarığı;
  • Yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Büdcənin planlaşdırılması, proqnozlaşdırma, icra üzrə biliklərin və təcrübənin olması (Büdcə təsnifat kodları üzrə iş təcrübəsi üstünlükdür);
  • Maliyyə hesabatlığı, mühasibat uçotu üzrə orta səviyyədə biliklərin olması;
  • Satınalma qanunvericiliyi üzrə orta səviyyədə biliklərin olması;
  • Əmlakın idarə edilməsi, uçotu, silinməsi, balansa qəbulu istiqamətlərində orta səviyyədə biliklərin  və təcrübənin olmas;
  • Excel proqramı üzrə yaxşı səviyyədə biliklərin olması;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;
  • Xarici dil bilikləri: İngilis dili (orta səviyyə).

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 17.12.2021-ci il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.