Yerləşdirilmə tarixi: 05.01.2022
Son müraciət tarixi: 05.02.2022
Agentlik Çağrı mərkəzi xidməti şöbəsinə vakant yer elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzi xidməti, Mütəxəssis/ Baş mütəxəssis vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;
Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və
sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
Müraciət vərəqinin hazırlanması;
Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Bizim üçün uyğun namizəd:
Ali tibbi sahə üzrə təhsil;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
MC Office proqramlarında sərbəst işləmək bacarığı;
Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür;
Dinləmək bacarığı;
Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
İntizamlılıq və tez öyrənmə bacarığı;
Məqsədyönlülük və əzmkarlıq;
Stressə qarşı davamlılıq.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Zərifə Əliyeva küç. 93.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 05.02.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Proqramlaşdırma şöbəsinə vakansiya elan edir
16 Avqust 2022 17:58
Agentlik Çağrı mərkəzi xidməti üzrə “Kiçik mütəxəssis” və “Mütəxəssis” vakansiyası elan edir
04 Avqust 2022 13:55
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
01 Avqust 2022 12:02
Agentlik Şamaxı filialının mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
27 İyul 2022 09:40
Agentlik Devops üzrə sistem inzibatçısı vakansiyası elan edir
20 İyul 2022 09:52
Tvininq layihəsinin daimi müşavirinin Dillər üzrə köməkçisi- Tərcüməçi vakansiyası üzrə işçi axtarılır
19 İyul 2022 16:44
Agentliyin Şəki və Mingəçevir filialları üçün filial müdiri üzrə vakansiya elan edilir
01 İyul 2022 09:10
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
17 İyun 2022 11:59
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
03 İyun 2022 10:00
Agentlik regional filiallara həkim-ekspert vəzifəsinə vakanksiya elan edir
31 May 2022 15:36