Yerləşdirilmə tarixi: 30.09.2021
Son müraciət tarixi: 30.09.2021
Agentlik Çağrı mərkəzi xidmətinə vakansiya elan edir
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Kiçik mütəxəssis/mütəxəssis (Qeyri-iş saatları üçün vaxtamuzd əsaslarla)
Şöbə: Çağrı mərkəzi xidməti
Vəzifə öhdəlikləri:
- Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;
- Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
- Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
- Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
- Müraciət vərəqinin hazırlanması;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
- Ali tibbi sahə üzrə təhsili;
- Çağrı mərkəzində iş təcrübəsi;
- Ali tibbi təhsil ixstisası üzrə təhsil alan tələbələr;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- MC Office proqramlarında sərbəst işləmək bacarığı;
- Dinləmək bacarığı;
- Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Məqsədyönlülük və əmzkarlıq;
- Stressə qarşı davamlılıq.
Maraqlanan namizədlər CV-lərini (Çağrı mərkəzi/qeyri-iş saatları) başlığı ilə 30 oktyabr 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.
Vakansiyalar
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Aprel 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Aprel 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00
Agentlik qrafik dizayner vakansiyası elan edir
28 Fevral 2024 17:54
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Fevral 2024 12:40