Yerləşdirilmə tarixi: 19.07.2023
Son müraciət tarixi: 31.07.2023

Agentlik Çağrı mərkəzinə həkim-mütəxəssis vakansiyası elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzi xidmətinin araşdırma qrupuna həkim-mütəxəssis vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali tibbi təhsil;

  • 1 il iş təcrübəsi (Çağrı mərkəzində və ya tibb sahəsində)

  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;

  • Xarici dil bilikləri arzuolunandır;

  • Ofis proqramları üzrə biliklər;

  • Azərbaycan dilində səlis yazı və danışıq baçarığı.

Görəcəyiniz işlər:

  • Agentliyin çağrı mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa  operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;

  • birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;

  • müraciət ilə bağlı sənədlərin hazırlanması.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi (istirahət günləri şənbə-bazar istisna olmaqla qarşılıqlı razılıqla);

  • İş vaxtı: 15:00 – 00:00;

  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 31.07.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

 

Zəng sifariş et