Yerləşdirilmə tarixi: 07.11.2023
Son müraciət tarixi: 20.11.2023
Agentlik Dərman və tibbi vasitələr şöbəsinə məsləhətçisi vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dərman və tibbi vasitələr şöbəsinin məsləhətçisi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibb təhsili (Əczaçılıq üzrə magistr təhsilinin olması üstünlükdür);
Əczaçılıq, dərman vasitələrinin qeydiyyat və ekspertizası üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (yaxşı);
Ofis proqramları üzrə biliklər;
Ünsiyyət və komandada işləmə bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
Dərman və tibb vasitələrinin seçilməsi, kodlaşdırılması, dozaların və DDD hesablanması;
Dərman vasitələrinin şərti kompensasiya məbləğlərinin hesablanması;
Aptek təşkilatları tərəfindən təqdim olunan hesabatların yoxlanması və geri ödəmə sisteminə nəzarət;
Aptek təşkilatları ilə bağlanacaq müqavilələrə aidiyyəti üzrə baxılması;
Sığorta sistemində iştirak üçün təqdim edilmiş ərizə və sənədlərin araşdırılması və qiymətləndirilməsi;
Dərman vasitələrinin maliyyə effektivlik analizlərinin aparılması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 20.11.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
15 Noyabr 2023 16:01
Agentlik Anbar uçotu üzrə mütəxəssis vakansiyası elan edir
14 Noyabr 2023 16:03
Agentlik Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
14 Noyabr 2023 14:29
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiyası elan edir
14 Noyabr 2023 12:18
Agentlik Statistika və hesabatlar şöbəsinə vakansiya elan edir
07 Noyabr 2023 16:21
Agentlik Dərman və tibbi vasitələr şöbəsinə baş məsləhətçisi vakansiyası elan edir
07 Noyabr 2023 16:18
Agentlik Xarici dövlətlərlə əlaqələr şöbəsinə vakansiya elan edir
04 Noyabr 2023 11:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
30 Oktyabr 2023 17:26
Agentlik İşə qəbul, seçim və daxili kommunikasiya şöbəsinə vakansiya elan edir
19 Oktyabr 2023 16:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
18 Oktyabr 2023 17:36