Yerləşdirilmə tarixi: 18.02.2022
Son müraciət tarixi: 07.03.2022

Agentlik farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Bakı şəhəri və digər regionlarda yerləşən tibb müəssisələrində farmakonəzarət üzrə məsul şəxs vəzifəsi üzrə vakansiyalar elan edir.

Vəzifə öhdəlikləri:

  • Farmakonəzarət üzrə məsul şəxs dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər və digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsə (bundan sonra - AEM) və Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (bundan sonra -TƏBİB) təqdim etməlidir.

  • Müəssisədaxili farmakonəzarət sistemini qurmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin farmakonəzarət qaydası” və TƏBİB-in müvafiq sahə üzrə müəyyənləşdirdiyi digər qayda və təlimatlarına əsasən fəaliyyət göstərməlidir.

  • Farmakonəzarət üzrə məsul şəxs dərman vasitələrinin istifadəsi zamanı yaranan və dərman vasitəsinin istifadəsi ilə bağlı olması ehtimal edilən əlavə təsirlər barədə bildirişləri birbaşa olaraq 15 (on beş) təqvim günü müddətində AEM-ə  göndərməlidir (VigiFlow onlayn program təminatı  vasitəsi ilə).

  • Dərman vasitələrinin istifadəsi zamanı yaranan ciddi əlavə təsirlər 48 (qırx səkkiz) saat ərzində AEM-ə bildirilməlidir (VigiFlow onlayn program təminatı vasitəsi ilə).

  • Farmakonəzarət üzrə məsul şəxs yararsız dərman vasitələri barədə məlumatları birbaşa TƏBİB-ə təqdim etməlidir.

  • Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və ya AEM tərəfindən təqdim edilmiş tibb işçisinin məlumatlandırma məktubu haqqında müəssisədə çalışan tibb və əczaçılıq işçilərini məlumatlandırmalı və məlumatlandırma məktubunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə nəzarət etməlidir.

  • Tibb müəssisələrində istifadə olunan dərman və tibb vasitələrinin səmərəli istifadəsinə nəzarət etməlidir.

  • Qeyri-rasional dərman istifadəsinin qarşısının alınması istiqamətində elmi sübutlara əsaslanan müvafiq tədqiqatlar apararaq təkliflər irəli sürməlidir.

  • Tibb işçilərinə dərman dövriyyəsində olan yeni preparatlar haqqında təlim proqramını planlaşdırmalı və yeni məlumatları çatdırmalıdır.

  • Dərman vasitələrinin yenilənmiş ən son təhlükəsizlik məlumatları əsasında lazımi tədbirləri görərək riski minimuma endirməyə istiqamətlənmiş fəaliyyətləri həyata keçirməlidir.

  • Xüsusi nəzarətdə olan dərman vasitələrinin ən son yenilənmiş siyahılarını bilməli və onlar barədə tibb müəssisəsində təbliğat işlərini həyata keçirməlidir.

  • Farmakonəzarət sisteminin yüksək səviyyədə aparılması üçün tibb işçiləri tərəfindən spontan əlavə təsir bildirişlərinin ötürülməsi üçün təşviqedici tədbirlər görməlidir.

  • Farmakonəzarət və dərman vasitələrinin rasional istifadəsi mövzusunda tibb müəssisəsinin daxilində təlim və təhsil proqramlarını təşkil etməlidir.

  • Təqdim etdiyi bildirişlərlə bağlı pasientin, tibb və əczaçılıq işçisinə dair məlumatların konfidensiallığının qorunması üçün tədbirlər görür və həmin şəxslərin razılığı olmadan bu məlumatların Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, açıqlanmasına yol verməməlidir.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil - Əsas (baza ali) tibb təhsilinə və ya əczaçılıq ixtisası üzrə

  • Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);

  • MS Office proqramlarında işləmək bacarığı;

  • İxtisası üzrə minimum 1 il staj;

  • Məsuliyyətlilik;

  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;

  • Problemi təhlil etmə bacarığı;

  • Təşəbbüskarlıq;

  • Komandada işləmə bacarığı.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 07.03.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “farmakonəzarət üzrə məsul şəxs” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Zəng sifariş et