Yerləşdirilmə tarixi: 30.03.2023
Son müraciət tarixi: 10.04.2023

Agentlik İnformasiya Texnologiyaları və İnnovasiya İdarəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Məhsul Sahibi (İnformasiya Texnologiyaları və İnnovasiya İdarəsinə İnformasiya sistemlərinin tətbiqi şöbəsinin məsləhətçisi/baş məsləhətçisi) vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Təhsil: Ali texniki təhsil;

  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis və rus dili biliklərinin olması arzuolunandır);

  • Scrum, Agile metodologiyası üzrə biliklər;

  • Məhsulun inkişafı arxitekturasına dair biliklər;

  • Məhsul tələblərinin hazırlanması və inkişafı üçün zəruri texnoloji biliklər;

  • Effektiv prioritetləşdirmə bacarığı;

  • İstifadəçi əsaslı dizayn prinsipləri haqqında biliklər;

  • Komandada işləmək bacarığı;

  • Güclü analitik bacarıqlar;

  • Şifahi, yazılı ünsiyyət və təqdimat bacarığı.

Görəcəyiniz işlər:

  • İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq, təxmin etmək və onları məhsul tələblərinə çevirmək;

  • Məhsul üçün vizyonun müəyyən edilməsi;

  • Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarının idarə edilməsi və prioritetləşdirilməsi;

  • Dizayn və inkişaf da daxil olmaqla məhsulun yaradılmasının bütün mərhələlərinə nəzarət etmək;

  • İstifadəçi hekayələrinin və texniki tapşırıqların hazırlanması;

  • Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqi və qiymətləndirilməsi;

  • Yenilənmələri düzgün çatdırmaq üçün məhsul komandası və son istifadəçilərlə kommunikasiyaların idarəedilməsi;

  • Məhsul biznes mühitində olduqdan sonra performans haqqında son istifadəçilərdən rəylərin toplanması və sonrakı inkişaf prossesinə cavabdeh olmaq.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 10.04.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et