Yerləşdirilmə tarixi: 19.10.2023
Son müraciət tarixi: 01.11.2023

Agentlik İşə qəbul, seçim və daxili kommunikasiya şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İşə qəbul, seçim və daxili kommunikasiya şöbəsinin mütəxəssisi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Vakant vəzifələrin Agentliyin saytında və digər saytlarda elan edilməsi və yayılmasının təmin edilməsi;                                                            
  • Namizədlərin daxil olan cv-lərinə ilkin baxışın və seçimin həyata keçirilməsi, müvafiq cv bazalarına işlənilməsi;                                          
  • Testlər, müsahibələr və digər vasitələrlə namizəd seçimlərinin aparılması;            
  • Yeni əməkdaşlar üçün giriş təlimatı təlimlərinin təşkil edilməsi;
  • Agentlik işçilərinə müxtəlif məzmunlu məlumatların göndərilməsi, daxili kommunikasiya işinin icrası;                   
  • Komanda qurma, ünsiyyətin artırılması ilə əlaqədar layihələrin və tədbirlərin təşkili;
  • Agentliyin əməkdaşları üçün motivasiya tədbirlərinin təşkili;
  • İntranet portalında aidiyyəti üzrə mətnlərin hazırlanması və yayımının təmin edilməsi;
  • Funksiyaları üzrə aylıq hesabatların hazırlanması;
  • Şöbəyə daxil olan məktubların icrası.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • İşə qəbul və daxili kommunikasiya sahəsində minimum 1 il iş təcrübəsi;
  • İntranet portalında iş təcrübəsinin olması üstünlükdür;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq  bacarığı;
  • Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ingilis dili biliyinin olması üstünlükdür.

Əlavə məlumatlar:

  • İş yeri: Lev Tolstoy 170;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 01.11.2023-cü il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et