Yerləşdirilmə tarixi: 22.06.2023
Son müraciət tarixi: 17.07.2023

Agentlik Kadrlar şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Kadrlar şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;

  • İnsan resurslarının kadr kargüzarlığı sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

  • Əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;

  • Ofis proqramlarını yaxşı səviyyədə bilmək;

  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;

  • Çeviklik, punktuallıq, problem həll etmə, rəsmi-işgüzar üslubda yazı və yaxşı səviyyədə analitik bacarıqlar;

  • Xarici dil bilikləri arzuolunandır;

  • İxtisası üzrə sertifikatların olması arzu olunandır.

Görəcəyiniz işlər:

  • Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr əmrlərinin (ezamiyyət, xitam, məzuniyyət, əlavə istirahət günü və s) rəsmiləşdirilməsini, o cümlədən əmək müqavilələrinin hazırlanması və ona dəyişiklik edilməsi üzrə proseslərinin icra edilməsi;                                                                                                                   

  • İşçilərin şəxsi işlərinin qanunvericiliyə müvafiq qaydada hazırlanması və onlara nəzarət;

  • Agentliyin işçilərinin davamiyyətinə nəzarət edilməsi, davamiyyət hesabatının hazırlanması, davamiyyət cədvəlinin və hesabat formasının daimi olaraq yenilənməsi;

  • Əmrlərin, ərizələrin, təqdimatların, müqavilələrin, digər zəruri sənədlərin və məlumat reyestrlərinin qeydiyyat və uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;

  • Məzuniyyət cədvəllərinin tərtib edilməsi, məzuniyyətlərin verilməsinin uçotunu aparılması, məzuniyyətdən vaxtında və tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət;                                                                                                                                              

  • Əmək kitabçalarının qeydiyyatını, düzgün doldurulmasını və təhvil-təsliminin təmin edilməsi;                                                               

  • Şöbənin elektron və kağız daşıyıcıda olan fayllarının illik arxivlənməsi;

  • Müraciət olunduqda işçilərə arayış və xasiyyətnamələrin hazırlanması və təqdim edilməsi;                                                         

  • Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan analizlərin aparılması və effektiv hesabatlılığın təmin edilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Lev Tolstoy st. 170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 17.07.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

Zəng sifariş et