Yerləşdirilmə tarixi: 07.03.2023
Son müraciət tarixi: 27.03.2023
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə məsləhətçi vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Agentliyin ictimai əlaqələrinin yaradılmasında və genişləndirilməsində iştirak etmək;
Rəqəmsal trendlərin izlənilməsi və işlədiyi sahəyə tətbiq edilməsi;
Sosial media platformaları üçün məzmunların, kreativ postların hazırlanması;
Reklam mətnlərinin, ssenarilərin yazılması və redaktəsi;
Tədbirlərin, mətbuat konfranslarının və brifinqlərin təşkili.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (İctimaiyyətlə əlaqələr, Jurnalistika, Filologiya üzrə);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Foto və video çəkiliş aparatlarından istifadə bacarığı;
Sosial media platformalarının xüsusiyyətlərinə bələd olmaq və onlayn alətlərdən istifadə etmək bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Mükəmməl yazı və redaktə bacarıqları;
Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
Operativlik və stress altında işləmək bacarığı;
Microsoft Ofis proqramlarında işləmək bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi 27.03.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik İnsan resursları mütəxəssisi vakansiyasını elan edir
09 İyun 2023 10:57
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinə məsləhətçi vakansiyasını elan edir
17 May 2023 17:43
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinin müdiri vakansiyasını elan edir
17 May 2023 17:41
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir
17 May 2023 16:59
Agentlik Risklərin idarəolunması və aktuari şöbəsinə vakansiya elan edir
16 May 2023 14:29
Agentlik Analitika və statistika şöbəsinə vakansiya elan edir
16 May 2023 14:19
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir
19 Aprel 2023 10:59
Agentlik Çağrı mərkəzinə həkim-mütəxəssis vakansiyası elan edir
19 Aprel 2023 09:53
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
11 Aprel 2023 11:51
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
10 Aprel 2023 17:47