Yerləşdirilmə tarixi: 04.03.2022
Son müraciət tarixi: 03.04.2022

Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İctimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və filologiya üzrə  üzrə  təhsil alanlara üstünlük verilir);

  • Analitik, təqdimat və təşkilatçılıq bacarıqları;

  • Komandada işləmək bacarığı;

  • Kreativlik,yaradıcı təxəyyülə malik olma;

  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis  və rus dili biliyi yaxşı səviyyədə);

  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarıqları;

  • Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;

  • Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;      

  • Ezamiyyə səfərlərinə getmək imkanı.

Görəcəyiniz işlər:

  • Qurumun ictimaiyyətlə əlaqələr üzrə strategiyasının həyata keçirilməsi;

  • İctimaiyyətlə əlaqələr sahəsində layihə və tədbirlərin təşkili və idarə olunması;

  • KİV-lə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlərin təşkili;

  • Hesabatların, məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması və redaktəsi;

  • KİV-dən daxil olan sorğuların cavablandırılması;

  • Çap materiallarının məzmununun hazırlanması və redaktəsi;

  • Qurumun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 03.04.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir[1];

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et