Yerləşdirilmə tarixi: 06.10.2023
Son müraciət tarixi: 17.10.2023
Agentlik Məlumat inzibatçılığı şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Məlumat inzibatçılığı şöbəsinə baş məsləhətçi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (İT sahəsində təhsil arzuolunandır);
Məlumat inzibatçılığı sahəsində minimum 3 il iş təcrübəsi;
MySQL, PostgreSQL, Navigat, Linux və sahə üzrə idarəetmə alətləri ilə işləmə bacarıqları;
Linux əməliyyat sistemi üzrə biliklər;
Verilənlər bazası sistemlərinin monitorinqi üzrə biliklər;
Problem həll etmə bacarığı;
Motivasiya və komandada işləmə bacarığı.
Görəcəyiniz işlər:
Verilənlər bazasının idarə edilməsi (fəaliyyət, biznes davamlılığı, verilənlərin qorunması);
Verilənlər Bazaların dizayn edilməsi, qurulması və dəstəklənməsini təmin edilməsi;
Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
Biznes proseslerin Sql proqramlaşdırma dilində yazılması;
Backup/Recovery ssenarilərinin hazırlanması və nəzarət edilməsi;
Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;
DBMS istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi;
Verilənlər bazası və obyekt səviyyəsində sxemlərin, istifadəçilərin, rolların və icazələrin idarə edilməsi;
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 17.10.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
15 Noyabr 2023 16:01
Agentlik Anbar uçotu üzrə mütəxəssis vakansiyası elan edir
14 Noyabr 2023 16:03
Agentlik Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
14 Noyabr 2023 14:29
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiyası elan edir
14 Noyabr 2023 12:18
Agentlik Statistika və hesabatlar şöbəsinə vakansiya elan edir
07 Noyabr 2023 16:21
Agentlik Dərman və tibbi vasitələr şöbəsinə məsləhətçisi vakansiyası elan edir
07 Noyabr 2023 16:19
Agentlik Dərman və tibbi vasitələr şöbəsinə baş məsləhətçisi vakansiyası elan edir
07 Noyabr 2023 16:18
Agentlik Xarici dövlətlərlə əlaqələr şöbəsinə vakansiya elan edir
04 Noyabr 2023 11:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
30 Oktyabr 2023 17:26
Agentlik İşə qəbul, seçim və daxili kommunikasiya şöbəsinə vakansiya elan edir
19 Oktyabr 2023 16:57