Yerləşdirilmə tarixi: 31.01.2022
Son müraciət tarixi: 28.02.2022

Agentlik Məlumat inzibatçılığı şöbəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin Məlumat inzibatçılığı şöbəsinə baş məlumat inzibatçılığı istiqaməti üzrə mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq Məlumat Bazaları üçün prosedur və təlimatları tərtib və tətbiq etmək, mütəmadi yeniləmək;

  • Agentliyin müəyyənləşdirilmiş Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək;

  • Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək;

  • Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq;

  • Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq;

  • Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək;

  • Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək;

  • Agentliyin istifadəsində olacaq məlumat bazaları üzrə digər mütəxəssislərə dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;

  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;

  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (texniki sahə üzrə təhsil arzuolunandır);

  • Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

  • RDBMS (PostgreSQL, MySQL və s.) məlumat bazaları üzrə dərin biliklər;

  • SQL sorğularının yazılması üzrə biliklər;

  • Ehtiyat nüsxələrinin (backup) strategiyalarının hazırlanması;

  • Məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə dərin biliklər;

  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti;

  • Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq;

  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq;

  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;

  • Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı;

  • Komanda şəklində işləmə bacarığı;

  • Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 28.02.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 


 

 

 

Zəng sifariş et