Yerləşdirilmə tarixi: 23.06.2023
Son müraciət tarixi: 31.07.2023
Agentlik Risklərin idarəolunması şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Risklərin idarəolunması şöbəsinə məsləhətçi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
İqtisadi, maliyyə, riyazi, risklərin idarə olunması və statistik sahədə bilik və bacarıqlar;
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Xarici dil biliyi (xüsusilə ingilis dili);
Analitik düşüncə, hesabatların, təqdimatların hazırlanması bacarıqları;
Ofis proqramları üzrə biliklər.
Görəcəyiniz işlər:
Sığortanın tətbiqi zamanı bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsi, təhlili və nəzarət mexanizmlərinin tətbiqi;
Risklərin qiymətləndirilməsi və resursların proqnozlaşdırılmasına dair hesablama modellərinin hazırlanması, hesablama və proqnozlaşdırılmaların aparılması;
Risklərin idarəolunması (minimallaşdırılması və qarşısının alınması) ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nazarət;
Aktuar hesablamalar aparmaqla sığorta haqlarının, həmçinin sığorta ehtiyatlarının hesablanması;
Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
Mövcud risklər üzrə risk matrix və xəritələrinin hazırlanması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Risk reyestrinin hazırlanması, qiymətləndirilməsi və cavab tədbirlərinin müəyyənləşdirilməsi;
Xidmətlər zərfinin ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri və maliyyə resursları nəzərə alınaraq tarif və xidmət istiqamətli yenilənməsi təkliflərinin verilməsi;
Yarımillik risk hesabatlarının hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 31.07.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Layihələrin idarəolunması şöbəsinin vakansiyası elan edir
03 May 2024 17:02
Agentlik Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri vakansiyasını elan edir
01 May 2024 16:44
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Aprel 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Aprel 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00