Yerləşdirilmə tarixi: 18.07.2023
Son müraciət tarixi: 24.07.2023
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə aparıcı məsləhətçi vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə iqtisadiyyatı şöbəsinə aparıcı məsləhətçi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə, idarəetmə və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi;
Uyğun sahələrdə minimum 1 illik peşəkar təcrübə;
Yüksək analitik düşüncə bacarığı, təhlil və təqdimat qabiliyyəti;
Yüksək səviyyədə İngilis dili biliyi (rus dili arzuolunandır);
MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
Vaxtın və resursların idarə olunması bacarığı;
Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Görəcəyiniz işlər:
Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması
Dövri olaraq analitik hesabatların hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 24.07.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
15 Noyabr 2023 16:01
Agentlik Anbar uçotu üzrə mütəxəssis vakansiyası elan edir
14 Noyabr 2023 16:03
Agentlik Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
14 Noyabr 2023 14:29
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiyası elan edir
14 Noyabr 2023 12:18
Agentlik Statistika və hesabatlar şöbəsinə vakansiya elan edir
07 Noyabr 2023 16:21
Agentlik Dərman və tibbi vasitələr şöbəsinə məsləhətçisi vakansiyası elan edir
07 Noyabr 2023 16:19
Agentlik Dərman və tibbi vasitələr şöbəsinə baş məsləhətçisi vakansiyası elan edir
07 Noyabr 2023 16:18
Agentlik Xarici dövlətlərlə əlaqələr şöbəsinə vakansiya elan edir
04 Noyabr 2023 11:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
30 Oktyabr 2023 17:26
Agentlik İşə qəbul, seçim və daxili kommunikasiya şöbəsinə vakansiya elan edir
19 Oktyabr 2023 16:57