Yerləşdirilmə tarixi: 19.06.2023
Son müraciət tarixi: 25.06.2023
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sənədlərlə iş şöbəsinin kiçik mütəxəssisi (reception) vəzifəsi üzrə açıq vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Agentliyə gələn qonaqların girişdə/reception-da yüksək səviyyədə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi (xüsusi hallarda təyin olunan yerə qədər müşayiət edilməsi);
zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanması;
Agentliyin elektron poçt ünvanına daxil olmuş müraciətlərin çeşidlənməsi;
sənədlərin göndərilməsi və göndəriş reyestlərinin hazırlanması;
Agentliyə daxil olan telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;
Müştəri məmnuniyyətinin ölçülməsi üçün zənglərin edilməsi;
Respublikanın regionlarına, xarici ölkələrə, mobil nömrələrə edilən zənglərin birləşdirilməsinin təmin edilməsi və həmin zənglərin qeydiyyata alınması;
Vətəndaşların qəbula yazılması və qəbulun təşkilində iştirak edilməsi.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Minimum 1 il iş təcrübəsi;
Korporativ ünsiyyət qabiliyyəti;
Problemləri həll etmək, analitik düşünmə bacarığı;
Dinamik və yeniliklərə açıq;
Məsuliyyətli və intizamlı,
Operativlik və gərgin iş rejimində işləmə bacarığı;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);
MS Office (Word, Excel, Outlook, PowerPoint), elektron sənəd dövriyyəsi proqramlarında sərbəst işləmək bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 25.06.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Layihələrin idarəolunması şöbəsinin vakansiyası elan edir
03 May 2024 17:02
Agentlik Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri vakansiyasını elan edir
01 May 2024 16:44
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Aprel 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Aprel 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00