Yerləşdirilmə tarixi: 27.10.2021
Son müraciət tarixi: 30.11.2021

Agentlik Sistem inzibatçılığı şöbəsinə məsləhətçi/baş məsləhətçi vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Məsləhətçi / Baş məsləhətçi (DevOps üzrə sistem inzibatçılığı istiqaməti üzrə)

Şöbə: Sistem inzibatçılığı şöbəsi

Vəzifə öhdəlikləri:

  • Agentlikdə istifadə olunan mövcüd platformaların monitorinq edilməsi;

  • Yaranan problemlərin proqramçılar və İT infrastruktur əməkdaşları ilə birlikdə aradan qaldırılması;

  • Proqram təminatının kodunun yerləşdirilməsi zamanı yaranan problemlərin müəyyənləşdirməsi və həll edilməsi;

  • Yeni DevOps texnologiyalar üzrə biliklərin artırılması və tətbiq edilməsi

    Vəzifə üçün tələblər:

  • Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);

  • DevOps sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;

  • OS Linux Redhat / CentOS / Debian üzrə biliklər və iş təcrübəsi;

  • RHCE / RHСSA  üzrə biliklər (sertifikat olması arzu olunandır);

  • VmWare virtualizasiya ilə iş təcrübəsi;

  • CI/CD platforma üzrə biliklər və iş təcrübəsi;

  • Kubernetes üzrə biliklər və iş təcrübəsi;

  • Docker üzrə biliklər və iş təcrübəsi;

  • Ansible üzrə biliklər və iş təcrübəsi;

  • GitHub üzrə biliklər və iş təcrübəsi;

  • Jenkins üzrə biliklər və iş təcrübəsi;

  • Bash script yazılması ilə iş təcrübəsi;

  • Elasticsearch / Zabbix kimi monitoring alətləri ilə iş təcrübəsi;

  • C# , NET, Java, Python dillərdə yazılmış scriptlərin analiz edilməsi.

Maraqlanan namizədlər CV-lərini “DevOps üzrə sistem inzibatçısı” başlığı altında 30 noyabr 2021-ci il tarixinədək  hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.