Yerləşdirilmə tarixi: 25.01.2024
Son müraciət tarixi: 20.02.2024
Agentlik Statistika və hesabatlar şöbəsinə vakansiya elan edilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Statistika və hesabatlar şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (statistika, data analitika istiqamətlərdə; magistr təhsili arzuolunandır);
Sahə üzrə minimum 1-3 il iş təcrübəsi (Dövlət qurumlarında statistika, data analitika üzrə təcrübə);
Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (yaxşı);
Ofis proqramları üzrə biliklər;
Data analiz proqramları üzrə biliklər (R/ PYTHON, Stata, Spss, SAS, Minitab, Matlab, Eviews, Microfit, Gauss, Rats, Hadoop/Spark (Big Data) və s.)
Ünsiyyət və komandada işləmə bacarığı;
İnduktiv və analitiki təhlil, təqdimat bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
İcbari tibbi sığorta sisteminin müvafiq sahələri üzrə (o cümlədən, əhatə olunan əhali qrupları, icbari tibbi sığorta haqları, icbari tibbi sığorta ödənişləri, tibbi xidmət göstərilən əhali, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin həcmi, növü və tibbi xidmət göstərən tibb təchizatçıları, sığortaolunanların fərdi uçotu və s.) üzrə məlumatları toplamaq və vahid məlumat bazası yaratmaq;
Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın tətbiqi və inkişafı üzrə təkliflər vermək;
İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə potensialın gücləndirilməsi üçün təkliflər vermək;
Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə statistik analizlərin aparılması;
Təhlil edilmiş məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 07.02.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Cəlilabad filialına vakansiya elan edir
14 Oktyabr 2024 12:10
Agentlik Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi (gecə növbəsi) vakansiyası elan edir
24 Sentyabr 2024 12:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinin sürücüsü vakansiyası elan edir
24 Sentyabr 2024 12:26
Agentlik Təchizat və satınalma şöbəsinin müdiri vakansiyası elan edir
18 Sentyabr 2024 17:37
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
09 Sentyabr 2024 15:17
Agentlik şöbə müdiri vakanskiyası elan edir
04 Sentyabr 2024 16:27
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
04 Sentyabr 2024 14:33
Agentlik Analitika və risklərin idarəolunması şöbəsinə vakansiya elan edir
03 Sentyabr 2024 16:26
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Avqust 2024 15:48
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
15 Avqust 2024 11:25