Yerləşdirilmə tarixi: 11.11.2021
Son müraciət tarixi: 12.12.2021
Agentlik Strateji təhlil departamentinə vakant yer elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Strateji təhlil departamentinin Strategiya və layihələrin idarə olunması şöbəsinə məsləhətçi vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Layihələrdə resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət;
- Layihənin büdcə daxilində tamamlanmasına nəzarəti;
- Layihə sənədlərinin, icra planlarının hazırlanmasının təşkili;
- Layihə üzvlərini lazımı informasiya və resurslarla onları təmin etmək;
- Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi;
- Layihələr üzrə icra statuslarının təqib edilməsi və uğurlu nəticənin təmin edilməsi, lazım gəldikdə əlavə strukturların işə cəlb olunması ilə bağlı təkliflərin verilməsi;
- Layihələrin Agentliyin strateji hədəflərinə uyğun təsnifatlaşdırılmasının və prioritetləşdirilməsinin həyata keçirilməsi, dövri olaraq layihələrin nəzərdən keçirilməsi, icra statusları barədə məlumatların toplanılması və icmallaşdırılması;
- Layihə üzrə risklərin müəyyən olunmasına köməklik göstərilməsi və risklərin qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (idarəetmə, maliyyə və ya iqtisadiyyat);
- Müvafiq vəzifə üçün minimum 2 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dilində səlis yazı və danışıq bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Kommunikasiya bacarığı;
- Təqdimat bacarığı;
- Vaxtın və resursların idarə olunması bacarığı;
- Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
- Məqsədyönlülük və əzmkarlıq;
- Analitik düşünmə bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., 28 May küç.44/12.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 12.12.2021-ci il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Proqramlaşdırma şöbəsinə vakansiya elan edir
16 Avqust 2022 17:58
Agentlik Çağrı mərkəzi xidməti üzrə “Kiçik mütəxəssis” və “Mütəxəssis” vakansiyası elan edir
04 Avqust 2022 13:55
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
01 Avqust 2022 12:02
Agentlik Şamaxı filialının mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
27 İyul 2022 09:40
Agentlik Devops üzrə sistem inzibatçısı vakansiyası elan edir
20 İyul 2022 09:52
Tvininq layihəsinin daimi müşavirinin Dillər üzrə köməkçisi- Tərcüməçi vakansiyası üzrə işçi axtarılır
19 İyul 2022 16:44
Agentliyin Şəki və Mingəçevir filialları üçün filial müdiri üzrə vakansiya elan edilir
01 İyul 2022 09:10
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
17 İyun 2022 11:59
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
03 İyun 2022 10:00
Agentlik regional filiallara həkim-ekspert vəzifəsinə vakanksiya elan edir
31 May 2022 15:36