Yerləşdirilmə tarixi: 04.05.2022
Son müraciət tarixi: 16.05.2022

Agentlik TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Strategiya və layihələrin icrasına nəzarət işlərini icra edir: iclaslarda məsul katib kimi iştirak edir, görüşlərin protokollarını və çıxarışları hazırlayır;

  • Strategiya və layihələrin icrasına nəzarət işlərini icra edir: iclaslarda məsul katib kimi iştirak edir, görüşlərin protokollarını və çıxarışları hazırlayır;

  • Layihələrin icrası əsnasında meydana gələn problemləri və gecikmələrin səbəblərini müəyyən edir, həll yolları ilə bağlı təkliflərlə təşəbbüs qaldırır;

  • Departamentlərin layihələrə məsul şəxslərinin layihə tərtib edərkən standart əməliyyat protokolları ilə təmin edir;

  • Layihələrin standart protokollara uyğun yazılmasını yoxlayır, vacib düzəlişlər haqda məlumat verir;

  • Müdirin tapşırığı ilə şöbənin və departamentin strateji inkişafı ilə əlaqəli təqdimatlar hazırlayır;

  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, məlumatlar hazırlayır və digər vəzifələri yerinə yetirir;

  • Şöbənin fəaliyyəti ilə bağlı əlamətdar tədbirləri TƏBİB-in sosial şəbəkələrində işıqlandırılmasında köməklik göstərir.

Vəzifəyə dair tələblər:

  • Ali tibb təhsilinə və ya əczaçılıq ixtisası üzrə ali təhsilə malik şəxslər;

  • İxtisası üzrə ən azı 1 il iş təcrübəsi;

  • Qanunvericilik üzrə biliklər - 26 iyun 1997-ci il tarixli 360-IQ nömrəli “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli “Tibbi sığorta haqqında” Qanun.və TƏBİB – in nizamnaməsi;

  • Dil bilikləri – Azərbaycan dili sərbəst, rus dili yaxşı və ingilis dili yaxşı;

  • Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;

  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər – məsuliyyətlilik, peşə və ixtisası üzrə nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;

  • Tələb olunan sertifikatlar - İELTS,TOEFL və s.dil biliyi sertifikatları – arzuolunandır. Layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil və ya kurslarda iştirak sertifikatı – arzuolunandır.  Elmi dərəcə (elmi ad) diplomu – arzuolunandır.  

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 16.05.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir [1];

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

Zəng sifariş et