Yerləşdirilmə tarixi: 12.01.2024
Son müraciət tarixi: 19.01.2024

Agentlik Təchizat və satınalma şöbəsinin müdiri vakansiyası elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Təchizat və satınalma şöbəsinin müdiri vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Satınalmalar sahəsində 5 il iş təcrübəsi (minimum 3 il rəhbər təcrübəsi);
  • “Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
  • Yaxşı səviyyədə İngilis və rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı (xüsusilə, Excel);
  • Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.

Görəcəyiniz işlər:

  • Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi;
  • Satınalma prosedurlarına nəzarət;
  • “Dövlət satınalmaları haqqında” qanunvericiliyin tələblərinə uyğun tender və kotirovka sorğularına, müqavilələrin hazırlanmasına, hesab fakturaların, elektron qaimələrin, aktların və şöbəyə daxil olan məktubların cavablandırılmasına nəzarət;
  • Satınalma predmetləri üzrə işçilərin vəzifə və öhdəliklərinə uyğun iş bölgüsünün təyin edilməsi;
  • Satınalmaya dair normativ-hüquqi sənədlərin layihələrinə dair təkliflərin təqdim edilməsi;
  • Müvafiq maliyyə-iqtisadi təhlillərin aparılmasının və əsaslandırılmış təkliflərin təqdim edilməsinin təmin edilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;       

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Lev Tolstoy 170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 19.01.2024-cü il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et