18 Noyabr 2022 17:23
Agentlik tərəfindən uşaq sığınacağında tibbi müayinə təşkil olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
Tibbi müayinənin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacağında məskunlaşan qadınlar cəlb olunublar. Tibbi müayinədə 2 nəfəri qadın olmaqla ümumilikdə 14 nəfər iştirak edib.
Onlar 20 nömrəli Uşaq Poliklinikasının pediatr, nevroloq, psixiatr, allerqoloq və travmatoloqdan ibarət həkim heyəti tərəfindən müayinə olunublar.
Müayinə nəticəsində 2 uşağın laborator analiz (hemoqram, dəmir, Ferritin və vitamin D) verməsinə ehtiyacın olduğu müəyyən edilib. Həmçinin 4-ü uşaq olmaqla 5 nəfərin funksional-instrumental müayinələrdən (rentgen, ultrasəs müayinə, maqnit-rezonans tomoqrafiya və elektroensefaloqrafiya) keçməsinə, 1 uşağın otorinolarinqoloqun, 1-i uşaq olmaqla 2 nəfərin oftalmoloqun və 1 uşağın uşaq cərrahının müayinəsinə göndərilməsinə zərurət yaranıb. Nəticədə onların müvafiq tibb müəssisələrində müayinələrdən keçmələrinə qərar verilib. Əlavə olaraq 1 nəfər hamilə qadın antenatal qulluq və doğuşa yardım məqsədilə həkim nəzarətinə götürülüb.
Həmçinin 3 uşağa yerindəcə ambulator müalicə təyin olunub və Agentlik tərəfindən onlar lazımi dərman preparatları ilə təmin olunublar.
Qeyd edək ki, Agentlik hər zaman uşaqlara qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq davamlı olaraq tədbirlər görür.
Məlumat üçün bildirək ki, “Uşaq hüquqları aylığı” Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunub.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45