Yerləşdirilmə tarixi: 03.11.2022
Son müraciət tarixi: 16.11.2022
Agentlik Texniki şöbəyə ekspeditor vəzifəsi üzrə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Texniki şöbəyə ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Bizim üçün uyğun namizəd:
Orta təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
Bakı şəhərində əraziləri və region yollarını tanıma - yaxşı səviyyədə;
Ölkədaxili ezamiyyə səfərlərinə hazır olmaq;
Məsuliyyətli, diqqətli və stressə davamlı olmaq.
Görəcəyiniz işlər:
Şirkət avtomobilləri ilə malların aidiyyəti üzrə təyin edilmiş qrafik əsasında çatdırılmasının təşkili və təhvil-təslim sənədlərinin rəsmiləşdirilməsi;
Nəqliyyatda olan malların saxlanma rejiminə riayət olunmasına nəzarət etmək;
Yüklərin qəbulu və boşaldılması zamanı sənədlərə uyğunluğuna nəzarət etmək;
Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 16.11.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Proqramlaşdırma şöbəsinə Back-End Developer istiqaməti üzrə məsləhətçi/baş məsləhətçi vakansiyası elan edir
27 Yanvar 2023 15:39
Agentlik Strateji təhlil departamentinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir
23 Yanvar 2023 17:57
Agentlik Daxili audit xidmətinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir
23 Yanvar 2023 14:35
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Yanvar 2023 10:24
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi vakansiyasını elan edir
05 Yanvar 2023 14:28
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə departamenti, Mühasibatlıq və xəzinədarlıq şöbəsinin aparıcı məsləhətçisi/baş məsləhətçisi vakansiyasını elan edir
30 Dekabr 2022 15:13
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə açıq vakansiya elan edir
30 Dekabr 2022 09:36
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İngilis dili müəllimi vəzifəsi üzrə açıq vakansiya elan edir
30 Dekabr 2022 09:31
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
12 Dekabr 2022 11:06
Agentlik Texniki dəstək şöbəsinə vakansiya elan edir
07 Dekabr 2022 09:30