08 Noyabr 2019 12:29

Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayıb

7 noyabr 2019-cu il tarixində Quba rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Kadr məsələlərinin tənzimlənməsi” mövzusunda təlim keçirilib. Təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Ağsu və Xızı rayonlarında fəaliyyət göstərən  tibb müəssisələrinin kadr məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər. 
Təlim tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə bağlı məsul əməkdaşları kadrlar sahəsində fəaliyyətlərinin təşkilinə dair məlumatlandırmaq və təlimatlandırmaq məqsədi ilə təşkil olunub. 
Təlimdə Agentliyin yaradılması,  fəaliyyəti, icbari tibbi sığorta ilə bağlı ümumi məlumatlar və tibb müəssisələrində  insan resurslarının idarə edilməsi prosesinin təşkili istiqamətində mövcud qanunvericilik üzrə tövsiyələr verilib.
Bu istiqamətdə təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.