Yerləşdirilmə tarixi: 19.04.2023
Son müraciət tarixi: 07.05.2023
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanmasında iştirak;
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanmasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi;
Bu sahədə yeni layihələrin təşkilati səviyyədə təqdim edilməsi və onun icrasının təmin edilməsi;
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanmasında tətbiq edilən hesablama modellərini və siyasətləri təhlil etmək, həmçinin sahəsi üzrə prosedur və qaydaların yazılmasında iştirak etmək;
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanmasının ehtimal nəzəriyyəsinin və riyazi statistikanın metodlarından istifadə edilməklə əsaslandırılması, həmçinin müvafiq hesablamaların aparılması üçün zəruri olan bütün parametrlərin ədədi qiymətləri, eyni zamanda istifadə olunan ilkin statistik göstəricilərin mənbəyi haqqında ətraflı məlumat və həmin göstəricilərin aid olduğu zaman dövrünün göstərmək;
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanmasını üçün zəruri olan məlumatları alınmasını təşkil etmək;
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin maya dəyərinin hesablanmasında risklərin səciyyələndirilməsi və analizinin aparılması.
Bizim üçün uyğun namizəd:
Ali iqtisadi və ya maliyyə təhsili;
5 il rəhbərlik təcrübəsi, ən azı 3 il sığorta sahəsində iş təcrübəsi;
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərin hesablanması zamanı istifadə edilən iqtisadi-riyazi hesablamalar barədə məlumatlı olmaq;
Qabaqcıl analitik bacarıqlar və problem həll etmək bacarığı;
Strateji düşünmək bacarığı;
Qabaqcıl tədqiqat və təqdimat bacarıqları;
Liderlik və komanda idarəetmə bacarıqları;
Biznes ehtiyaclarına uyğun olaraq dinamik, uyğunlaşa bilən və çevik yanaşma;
Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv;
Stressə davamlılıq;
Microsoft Office (Outlook, MS Excel, Power Point, Power BI) proqram bilikləri - əla səviyyədə;
Azərbaycan və ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi 07.05.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
09 Sentyabr 2024 15:17
Agentlik şöbə müdiri vakanskiyası elan edir
04 Sentyabr 2024 16:27
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
04 Sentyabr 2024 14:33
Agentlik Analitika və risklərin idarəolunması şöbəsinə vakansiya elan edir
03 Sentyabr 2024 16:26
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Avqust 2024 15:48
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
15 Avqust 2024 11:25
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi anbardar vakansiyası elan edir
13 Avqust 2024 17:41
Agentlik Hesabatlılıq şöbəsinin müdiri üzrə vakansiya elan edir
30 İyul 2024 11:49
Agentlik Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
18 İyul 2024 10:00
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18