11 Sentyabr 2024 14:24
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları Koreya Respublikasında səfərdə olublar. Səfər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən “Azərbaycanda tibb müəssisələrinin sığorta siyasətləri üzrə bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil edilib.
Səfər Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələri öyrənmək məqsədi ilə təşkil olunub. Səfərin ilk günündə təlim iştirakçılarının Azərbaycan və ölkənin səhiyyə sistemi haqqında hazırladıqları təqdimatlar dinlənilib.
Səfər zamanı iştirakçılar Koreya Tibbi Sığortaya Nəzarət və Qiymətləndirmə Xidməti (HIRA), Milli Tibbi Sığorta Xidməti (NHIS) və İlsan Xəstəxanasında olublar. Qurumların məsul əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə təlim iştirakçıları Koreya Respublikasının səhiyyə sisteminin idarə olunması ilə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.
İştirakçılara Koreya səhiyyə sisteminin strukturu, icbari tibbi sığorta sisteminin tətbiqi və beynəlxalq əlaqələr sahəsində əməkdaşlıq istiqamətləri ilə bağlı məlumatlar verilib, Koreya səhiyyəsi ilə bağlı suallar cavablandırılıb.
Təlim müddətində iştirakçılar qruplar şəklində Azərbaycanın səhiyyə sistemi ilə bağlı üç fərqli fəaliyyət planı hazırlayaraq səfərin son günündə təqdim ediblər. Fəaliyyət planları İdarəçilik üzrə Koreya İnkişaf İnstitutu (IKAD) və KOICA-nın nümayəndə heyəti tərəfindən dinlənilib, müzakirələr aparılıb və gələcəkdə bu istiqamətdə layihələrin təşkilinə dəstək olmaq məqsədi ilə işlər görüləcəyi bildirilib.
Sonda təlim iştirakçılarına sertifikatlar verilib.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47