29 Dekabr 2019 16:52
Agentlikdə tibb müəssisələrinin rəhbər heyəti ilə iclas keçirilib
29 dekabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (Agentlik) gələn ilin birinci rübündə icbari tibbi sığortanın tətbiq ediləcəyi 23 regionun tibb müəssisələrinin rəhbər heyəti ilə görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd rəhbər heyəti icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub. İclası giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 2020-ci il ərzində icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiqi və bu istiqamətdə görülən hazırlıq işləri barədə danışıb: “İcbari tibbi sığorta 4 mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə sizin rəhbərlik etdiyiniz tibb müəssisələrində tətbiq ediləcək. Bu baxımdan sizin üzərinizə böyük məsuliyyət düşür. İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün ilk növbədə xəstəxanada göstərilən tibbi xidmətlərin düzgün qeydiyyatı aparılmalıdır. Vətəndaşların tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsi təmin edilməlidir”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı TƏBİB-in strukturu, tibb müəssisələrində mövcud olan çatışmazlıqlar və xəstəxanaların idarəedilməsində tətbiq ediləcək yeniliklər barədə danışıb. O bildirib ki, tibbi kadr potensialının artırılması istiqamətində atılan addımlar 3 il ərzində ölkədə tibbi kadr çatışmazlığı problemini aradan qaldırmağa yönəlib.
İclasda rəhbər heyətin sualları cavablandırılıb və görüləcək işlər müzakirə edilib.
Xəbərlər
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
23 Fevral 2024 14:57